Qiymətlər qalxsa da, qalxmayan bir şey var…

 

Xalq susduqca vəziyyəti gündən – günə ağırlaşmağa başlayır. Bu vəziyyət İlham Əliyev tərəfindən daxili siyasət olaraq yürüdülür. Yəni bir əlində dəyənək, bir əlində yumruq. Bildiyiniz kimi Azərbaycan böyük əsəb dövlətinə çevrilmişdir.

İnsanın əsəblərini pozmaqla yanaşı, artıq hökumət ciblərinə də girməyə başlayıb. Açıq – aşkar:” yaşama, yıxıl öl”,- deyir millətə. Əliyevin yaratdığı “Tarif Şurası” isə istədiyini etməkdədir. Müzakirəyə çıxarılmadan, xalqın vəziyyətini düşünmədən qiymətləri anidən qaldırmaq vicdansızlıqdır. Vətəndaşlarımıza 190 manatı, uşaq pulunu qıymayan hakimiyyət, millətlə düşmən kimi davranmaqdadır. İlham Əliyev indi də təbii qazın qiymətini qaldırıb və xalqın məhv olmağını ( borc xərc icində) tezləşdirmək istəyir.

Hansı əsasla, milyonlarla dollara Londonda və başqa şəhərlərdə mülklər alınır? Onun pulunu xalqın dərisini soymaqlamı geri almaq istəyirsiz? Xalqın sizə gecə – gündüz nifrət etdiyini bilirsiniz, ey saxta hakimiyyət!

Bu, hələ harasıdır, quldur hakimiyyətin gözü doymadığından, yeni əmələ əl atıb; Əhalinin smart sayğacını dəyişibdirərək, mexaniki sayğacla əvəzləyir ki, xalqın qəpik – quruşunu da əlindən alsın.

İlham Əliyevin sifarişi ilə, Tarif Şurası gecə – gündüz xalqı məhv etməyi düşünür. Bunların xalqa bir xeyri yoxdur, ancaq qiymətləri qaldırmaqla məşğuldurlar.

Əslində qiymət artımı əhali arasında çaşqınlıq yaratmaqdır. Əliyevlərin “çirkli pullar”ını ört – basdır etmək üçün TŞ-nı qabağa veriblər. Artıq bütün dünya Əliyevlərin əməllərindən xəbərdardır.
Azərbaycanda qiymətlər qalxsa da, qalxmayan bir şey var..O da məvacib.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın