Qaz”sız ölüm…

Həə əziz dostlar, hazırlaşın indi başqa şou oyun gəlir. Son bir neçə gündə baş qaldıran problemləri ört basdır etməkdən ötəri, xalqın başını başqa problemlərə yönəldməyə cəhd göstərirlər. Pandemiyanın baş qaldırdığı bu dönəmdə, millətə qənim kəsilən qudurğan məmurlar, yenidən fırıldaq, kələk, məkrli planlar həyata keçirməyə davam edirlər.

Beləki, bu soyuq qış aylarında, evinə çörək pulunu güclə tapan, borc içində utana – utana yaşayan ailələrin, istifadə etdiyi mavi yanacağa dair məbləği, 1 ay ərzində ödəniş etməyənlərin qazını kəsəklər. Düz bir ay..evində ahılı, körpəsi, xəstəsi, istiliyə ehtiyacı olan o qədər insan var ki, sadalamqla beyninizi yormaq istəmirəm. Vicdansızların qəbul etdiyi bu qərar, insanlığa zidd və səhv atılan addımdı. Erməni kilsələrinə mavi yanacaq veriləndə, onlara qarşı bu qəddar olmamışdılar. Hətta onlara qarşı limit belə qoyulmamışdı. Ölkə daxilində sərfiyyata görə satılan mavi yanacağın qiymətini nəzərə alsaq, düşmənlərimiz istifadə etdiyi qaza görə, heç bir ödəniş etməyiblər. Onların sürdüyü səfalətin bədəlini bizmi ödəməliyik?.
Xalqına qarşı qəddarlıq, kin, nifrət hardan qaynaqlanır?
Nə səbəbə milləti zülümə, əzaba düçar edirlər?
44 günlük müharibədə ermənilərə qarşı vuruşub qələbə qazandıq, ancaq daxildə olan ermənilərə bata bilmirik. Sizi bilmirəm, özüm həkim deyiləm ki, “İçimizdəki mikroplar”- ı təmizləmək yönünü də bilim. Bildiyim tək birşey var, o da indiki sistemi yıxıb yenidən yeniləri ilə əvəz etmək lazımdı. Xalqını, millətini sevən, sadə insanlar içindən seçilmiş, vətəninə, dövlətinə sahib çıxa biləcək biri gəlməlidi. Əks təqdirdə səriştəsiz kapitan üzündən üzən gəminin içində hamılıqla batacağıq…

Rəşad Sıxəliyev.

Bunu paylaş: