Qazimizə qarşı polis zorakılığı

 


Daha bir Qazimiz polis zorakılığına məruz qalıb. Qazimiz metronun Gənclik stansiyasında olarkən, 102 xidmətinə zəng vuraraq Koroğlu metrosu yaxınlığındakı körpüdə intihar edəcəyini bildirmişdir.
Hadisə yerinə çatmamış polis işçiləri tərəfindən saxlanılaraq Qazimizə qarşı, təzyiqlər edilmişdir.

Aldığımız məlumata görə Qazimizin tələbi son 3 ay ərzində ödənişini ala bilməməsidir. O, 44 günlük müharibənin iştirakçısı və qazisidir. Kadrlardan görünür ki,
20 yaşlı Əlisahib Rüstəmova qarşı Azərbaycan polisi necə vəhşicəsinə davranmışdır. Müharibədən sonra İlham Əliyevin və hakimiyyətinin qazi və şəhid ailələrinə verdiyi qiyməti dəfələrlə sizlərin diqqətinizə catdırmışıq. Dəfələrlə Azərbaycan polisi bu çür biabırçı davranışı ilə diqqət mərkəzində olmuşdur. Görünür, Azərbaycanda nə qaziyə, nə şəhid ailəsinə heç bir hörmət qalmamışdır. Torpaqlarımızı azad edən oğullarımıza qarşı belə təxribatlar qəbuledilməzdir. Bir gün İlham Əliyev və hakimiyyəti bu təxribatların hamısının cavabın verəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın