Qazilərimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirdi

 

Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişlər. Etiraza səbəb onların əlillik vəsiqələrinin Sosial Müdafiə Nazirliyinin tərəfindən ləğv edilməsidir. Etirazçılar sosial vəziyyətlərinin ağır olduğunu və əlil olduqlarından iş tapa bilmədiklərini qeyd edirlər. Qazimizin biri bədənindəki bir çox nayihədə güllə yaralarının olduğunu göstərməklə yanaşı, qey edir ki, onun bu vəziyyətində əlilik vəsiqəsi ləğv edilib və pensiyası kəsilmişdir.

Ölkədə demək olar ki, mütəmadi olaraq Qazilərimizə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqsızlıq baş verir. Sahil Babayevin əmri ilə son bir neçə ayda qazilərimizə verilən aylıq əlilik pensiyayaları ləğv edilməkdədir.

Etiraz edən Qazilərimizə qarşı, polislər hərzamankı kimi, öz məharətlərini göstərmişlər. Nəticədə bir nəfər həbs edilmişdir. Sonra polis təzyiq etməklə, nazirliyin qarşısıda etiraz edən Qazilərimizi hadisə yerindən uzaqlaşdırmışdır. Nəticədə hər zaman olduğu kimi, polis təzyiqi nəticəsində etiraz aksiyası dağıdılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu etirazla bağlı sualları cavablandırmaqdan etiraz etmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın