Qazilərə verilən dəyər…

Son vaxtlar İlham Əliyev və hakimiyyətinin Şəhid ailələrinə, Qazilərimizə və müharibə iştirakçılarına qarşı diqqətsizliyini görürük. Hərbçilərimizin 44 günlük şücaətindən hər an ağız dolusu danışan ölkə başçısı, nədənsə arxa planda onların problemlərinin həllində susqunluq nümayiş etdirir. Demək olar ki, müharibə bitəndən bu günə kimi, ikinci Qarabağ döyüşlərində zərərçəkənlərin etirazları səngimək bilmir.

Hakimiyyətin bu oyunundan təngə gələn Qazilərimiz çarəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz etməkdə gördülər. Qazilərimizin üzünə qapını bağlayan nazirlik nümayəndələri onları bu əməlləri ilə daha da qəzəbləndirmişlər. Etiraz aksiyasına səbəb isə, müharibədən aylar ötməsinə baxmayaraq ön çəbhədə döyüşüb yaralanan hərbçilərimizin hələ də əlillik vəsiqəsinin verilməməsidir.
Dəfələrlə müvafiq orqanlara müraciət etsələr də hərbçilərimizin tələblərinə cavab verən olmamışdır.

Bu görüntü artıq İlham Əliyev və hakimiyyətinin hərbçilərimizə qarşı necə rəftar etdiyindən xəbər verir. Deyə bilərik ki, ən azından “Tərtər 1767” işindən və ondan əvvəl də ölkəmizdə İlham Əliyevin yeritdiyi siyasət nəticəsində hərbçilərimizə qarşı bu cür rəftar olunmuşdur.

Hakimiyyətin bu əməlləri vətəndaşlarımız arasında böyük narazılıq yaratmaqdadır.
Görün, Sosial Müdafiə Nazirliyində Sahil Babayev necə bir sistem yaratmışdır.
Qazilərimizin bu etirazından sonra nazirliyin nümayəndəsi şikayət etməkdən çəkinməmişdir. Sahil Babayev kimi şəxsiyyətsiz olan birisi çıxış edərək Qazilərimizin nazirliyə külli miqdarda ziyan vurduğunu bildirmişdir.

Görünür, bunların qanında azərbaycanlı qanı axmır, bu səbəbdən Qazilərin problemi başdan ayağa bu hakimiyyətin marağında deyil.
Etiraz aksiyasından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi problemi həll edəcəyini desə də, Qazilər bu sözlərə inanmadıqlarını bildirirlər. Qarabağ qəhrəmanları qeyd edirlər ki, Sahil Babayev və onun nümayəndələri tərəfindən dəfələrlə bu cür sözlər eşitmişlər və heç biri də icra olunmamışdır.
Bir sözlə, İlham Əliyev son mənzərəyə yaxşı və diqqətlə baxmalıdır. Əks- təqdirdə bu etirazların sonu yaxşı bitməyə bilər…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın