Qazaxıstan Rusiyaya “NOTA” verdi

Qazaxıstan və Rusiya arasında gərginlik davam edir. Səbəbi birinci kanalda geden veriliş zamani Rusiyanın Dövlət Dumasının Təhsil və Elm Komitəsinin sədri Vyaçeslav Nikonovun Qazaxısatana qarşı təxribatçı çıxışları olmuşdur. Vyaçeslav Nikonovun: “Qazaxıstanın böyük bir hissəsi Rusiyanındır”,- deməsi narazılığa səbəb olub. Moskvalıların bu torpaq sevdası açıq şəkildə gələcəkdə yenidən İmperiya eşqinə düşmələrindən xəbər verir. Bu təxribatçı fikirdən sonra Rusiyanın Qazağıstandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılaraq “NOTA” verilmişdir. XİN -nin birinci müavini Marat Sızdıkov açıq şəkildə bildirmişdir ki, son zamanlar Rusiyanın bəzi siyasətçilərinin Qazaxıstana qarşı çıxışlar etməsi yol verilməzdir. XİN -nin müavini bildirmişdir ki, ölkəsinə qarşı olan bu hücumlarla bağlı Kreml qəti tədbir görməlidir. Əgər belə hallar bir də təkrarlanarsa, dövlət adekvat cavab verəcəkdir.


Rusiyanın bu qısqanclığı, son zamanlar Qazağıstan və Türkiyə yaxınlaşmasına da hesablanmış ola bilər.

Bunu paylaş: