Qazaxıstan: Rusiya, Qərb, Çin yoxsa “TDT” qarşı oyun…

 


Yanvar ayının 2-dən Qazaxıstanda başlayan xalq etirazları bu gün də davam edir. Hökumətin geri addım atmasına baxmayaraq, etirazçılar sabiq prezident Nursultan Nazarbayevin və onun kadrlarının hakimiyyətdən əl çəkmələrini tələb edirlər. Hörmət istefa versə də, qəzəbli xalq geri çəkilmək istəmir. Çox şəhərlərdə hökumət binaları xalq tərəfindən tutulmuşdur, bəzi yerlərdə isə milli ordu ilə xalq arasında toqquşmalar baş verməkdədir.

Hədəf kimdir və nədir?
Bir tərəfdən baxsaq, Qazaxıstandakı əhalini ayağa qaldıran Rusiya olduğunu deyə bilərik. Hədəf isə, “Türk Dövlətləri Təşkilatı” dır.
Son vaxtlar Ərdoğan və Putinin arasında yaranan soyuqluq, Rusiyanın dəfələrlə “Türk Dövlətləri Təşkilatı” na etirazı buna bir sübutdur. Qeyd edim ki, “TDT” nin əsas qurucularından biri Nursultan Nazarbayevdir.
Bu səbəbdən Ukrayna məsələsinə görə Putin Ərdoğana öz təzyiqlərini göstərməkdədir.

Digər məsələ isə, Qərbin demokratik hədəfidir. Artıq Qazaxıstan xalqı “diktator” idarə etmə sistemindən bezərək, demokratiya uğrunda hədəfə iri addımlarla addımlamaqdadır.
Demokratlar üçün Finlandiyadan tutmuş Monqolustana kimi iki cəbhənin Rusiyaya qarşı qurulması çox önəmlidir. Çünki, diktatorların bu dünyadan yox olmasının vaxtı çoxdan çatmışdır.

Hər halda bu yaxınlarda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bir kəlməsi yadıma düşdü. Saakaşvili qeyd etmişdir: “Mən istəyirəm ki, Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus (Ağrusiya) yenidən bizə həsrət aparsın”. Mixail Saakaşvilinin bu sözlərinin siyasi açılımı, diktatorlara bir mesaj idi:

1)Qazaxıstan Ukraynada olduğu kimi, Rusiyanın işğalına məruz qalsa, aydın olacaq ki, vəziyyəti dəyişdirən Qərb olmuşdur və Qazax xalqı demokratiyanı seçmiş oldu. Hər halda Qərb də “TDT” nın güclənməsinə razı deyildir.

2)Çevriliş olduğu halda, Qazaxıstanda bir şey dəyişməsə, bu zaman ölkədə aranı Rusiya qarışdırdığı aydın görünəcək və hədəf”TDT” olacaqdır.

3) Dünyada getdikcə Çinin gücü artmaqdadır. Rəsmi Pekin Mərkəzi Asiyanı ekonomik nəzarətə götürdüyü kimi, siyasi baxımdan da, tam nəzarət etmək istəyir. Uyğur türklərinə görə, “TDT”da Çini narahat etməmiş olmaz.

4) Rusiya gələcəyi sığortalamaq üçün (imperialist diktatorları) Moldova, Ukrayna, Belarus (Ağrusiya) Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistanda öz ordusunu leqal və yaxud qeyri leqal yerləşdirməkdədir. Görünür, bəzi siyasi dəyişiklik etməklə, “Sovetlər Birliyini” müəyyən bir formatda saxlamaq istəyir.

Aldığımız xəbərə görə, Rusiya artıq Qazaxıstana öz yardımını göndərmişdir. KTMT hərbi kontingenti Qazaxıstanda olduğunu bildirilir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın