Qazaxıstan inqilabı

 

Qazaxıstanın bir sıra şəhərlərində başlayan etiraz dalğası getdikcə böyüməyə başlamışdır. Xalq yanacaq qazının qiymətinin yüksəlməsinə etiraz olaraq küçələrə axışmışdır və nəticədə 100 nəfərə yaxın polis əməkdaşı, 200 nəfərdən çox etirazçı xəsarət almışdır.

Bu cümləni vurğulamaq istərdim ki, Qazaxıstanın böyük şəhərlərində, əsasən də Almatıda polis xalqa güc tədbiq etməkdən imtina etmişdir. Nəticədə indiki hökumət istefa verməli olmuşdur.
Etirazçıların şuarı isə, birbaşa Nursultan Nazarbayevə olmuşdur. “Qoca, çıx get” şuarları bütün ölkədə eşidilmişdir.

Xalqın 12 tələbini indiki prezident Qasım-Comərd Tokayev qəbul etmiş, hökumətin səhvi olduğunu bildirmiş və onları istefaya göndərmişdir. Hələlik yeni hökumət qurulana kimi, köhnə hökumət dövləti idarə edəcəkdir.

Burda qazax xalqını ayaq üstə alqışlamağa dəyər. Baxmayaraq ki, bizim də qanımızda eyni qan axır, lakin hər şey göz qabağındadır.

Digər tərəfdən, Qazaxıstan polisini də alqışlayırıq. Onlar əsl xalqın polisləri olduqlarını nümayiş etdirdilər. Azərbaycanda bilirik ki, polislərin çoxu bizlərdən deyil, bu səbəbdən xalqın qanını icməkdədirlər. Eyni millət olsaq da, düşüncələrimiz, hakimiyyətimiz tam başqadır. Qazaxıstanda özləri özlərini idarə edir. Azərbaycanda kimlərsə bizi idarə edir.

Sonda qeyd edə bilərik ki, bununla Mərkəzi Asiyada yeni inqilablar başlayacağını heç kim istisna etmir. Sanki keçmiş “Sovetlər Birliyi” ölkələrində oyanışlar başlamaqdadır. Bir daha qazax qardaşlarımızın bu qəhrəmanlıqlarına görə təbrik edirik.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın