Qaz kəmərimizdə partlayış.

Dünən axşam Hacıqabulda qaz kəmərində partlayış baş vermişdir. SOCAR-a aid olan qaz kəməri 1975 -ci ildən istismara verilib və SOCAR-dan verilən məlumata görə,partlayış korroziya səbəbindən ola bilər. Bu kəmər Azərbaycanın daxilini təmin edən əsas qaz kəmərlərindən biridir. Artıq yanğın söndürülüb və üzərində təmir işləri gedir.
Dünən səhər də, SOCAR-a aid Sumqayıt Azərkimya Etilen-Polietilen zavodunda yanğın baş vermişdir və bu yanğın zamanı 7 nəfər xəsarət almışdır.
Nəzərə alsaq ki, Azərbaycanın strateji əhəmiyyətli xətləri başqa dövlətləri narahat edir ,biz öz kəmərlərimizin təhlükəsizliyini ciddi qorumalıyıq.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: