Qarabağ bizi çağırır.

Artıq 30 ildir Azərbaycan torpaqları erməni terror birləşmələrinin işğalı altındadır. Nəzərə alsaq ki, bütün beynəlxalq qurumlar Azərbaycan xalqının haqlı mövqeyini müdafiə edir. Beynəlxalq qurumlar bizi müdafiə etsələr də, bizim yerimizə gəlib döyüşüb torpaq almayacaqlar.
Bu səbəbdən İlham Əliyev və onun komandası ermənilərin sülh yolu ilə torpaqlarımızı
geri qaytara bilməyəcəklərini bilsələr də nəyi və kimi gözlədiklərini xalq anlamır. Xalqın artıq səbri tükənib. Hər kəs Qarabağda son damla qanına qədər döyüşməyə hazırdır. Hər bir azərbaycanlı qisa zamanda İlham Əliyevdən hücum əmri gözləyir. Artıq ən ağır zərbəni endirmək vaxtıdır, Qarabağımızı almaq vaxtıdır, üç rəngli bayrağımızı Qarabağda dalğalandırmaq vaxtıdır.
Əsil Ali Baş Komandan olduğunuzu sübut etmək üçün ,bu xalq əmrinizi gözləyir .

Ímza: Mikayıl Əsədov

Bunu paylaş: