Qarabağda nə qədər yerli erməni yaşayır?

Bu maraqlı, həm də siyasi əhəmiyyətli sual ətrafında erməni siyasətçilər çox manipulyasiyalar edirlər. Məsələn, Moskvada Rusiya Xarici İşlər nazirliyində çıxış edən Ermənistanın yeni xarici işlər naziri Dağlıq Qarabağda 150 min erməni yaşadığını bəyan etmişdi.
Hətta İ. Əliyev də bir çıxışında Dağlıq Qarabağda 60 – 65 min erməni yaşadığını söyləmişdi.
Lakin yalanın və … ömrü 40 gün olar deyiblər. Bu günlərdə bir qrup erməni siyasilərini və hərbiçilərini qəbul edən Ermənistanın prezidenti Armen Sarkisyan Ermənistanda olan problemləri sayarkən Dağlıq Qarabağda həm də demoqrafik problemin olduğunu deyib.


Onun qəbuluna gələnlərlə belə bir dialoqu oldu:
– Dağlıq Qarabağda əvvəllər nə qədər erməni yaşayırdı?
– 120 min nəfər.
– indi nə qədər yaşayır ( axırıncı müharibəyə qədər)
– 40 min nəfər.
– indi vəziyyət daha da ağır olacaq, çünki Dağlıq Qarabağın hamısı bizdə deyil ( Hadrutu nəzərdə tutur).
Bəli, Dağlıq Qarabağda son illərdə cəmi 40 min erməni yaşayıb. Onların bir hissəsi təhlükəsizlik səbəbindən geri qayıtmayıblar.
Bir hissəsi Azərbaycanın nəzarətində olan Hadruta qayıtmayıb. Başqa bir hissəsi isə Azərbaycanın nəzarətində olan kəndlərdən və həmin kəndlərə qonşu kəndlərdən özləri köçmüşlər. Belə çıxır ki, bu gün Dağlıq Qarabağda dinc əhali çox azdır.  Rusların “Qarabağa 47 min erməni qayıdıb” təbliğatı həqiqəti əks etdirmir. Ruslar həm rəqəmləri şişirdirlər, həm də Qarabağa Ermənistan əsilli silahlıarı gətirirlər.
Ona görədir ki, rus hərbçiləri erməniləri Qarabağa belə təkidlə çağırır.
Amma mən əminəm ki, əgər münaqişə yenidən başlayarsa, ilk atəş səsini eşidən kimi Qarabağda bir erməni qalmayacaq və rusların atasına söyüb, birdəfəlik oranı tərk edəcəklər.

Şahin Sirvanlı.

Bunu paylaş: