Qarabağda nə baş verir: Azərbaycan hər an anti-terror əməliyyatlarına başlaya bilər

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, mart ayının 8-i günorta saatlarından başlayaraq mart ayının 9-u səhər saatlarına qədər, “Rusiya sülhməramlıları” nın müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz yerləşən erməni birləşmələri Xocalı və Goranboy rayonu istiqamətində ordumuzun mövqeylərini atəşə tutmuşdur. Azərbaycan tərəfi qeyd edir ki, ordumuzun adekvat cavabı nəticəsində atəş açıldığı yerlər dəqiq zərbələrlə susdurulmuşdur. Bir neçə gündür ki, Ermənistan ordusu vəziyyətdən istifadə edərək Azərbaycanın mövqelərini intensiv atəşə tutmağa başlamışdır. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, buna məhəl qoyulmamışdı və nəticədə ordumuz öz gücünə erməni təxribatçılarına sərt cavab vermişdir.

Bu olaydan bir neçə saat sonra sosial şəbəkələrdə, Azərbaycanın Laçın dəhlizi üzərində Rusiya bayrağı altında hərəkət edən hərbi kolon görünməyə başlamışdır. Hələ də təsdiq olmayan bəzi məlumatlarda deyilir ki, guya rus ordusu Azərbaycan ərazisini tərk etməkdədir.

Hələlik bu barədə rəsmi xəbər almasaq da, Nazirlər Kabineti digər rəsmi məlumatla çıxış etmişdir.

Azərbaycan rəhbərliyi Laçın dəhlizindən Ermənistan tərəfinin hərbi yolla istifadə etdiyinə etiraz olaraq
BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlayıb”.

Ola bilər ki, Rusiya öz ordusunu Qarabağdan çıxarıb Ermənistan və Azərbaycanı baş – başa buraxsın. Bundan sonra isə, nəticə hər kəsə bəllidir. Bununla da Azərbaycan öz sərhədlərin tam bərpa etmək gücünə yiyələnəcəkdir.
Hələlik Ermənistan tərəfi 8-9 martda baş vermiş toqquşmada həlak olan hərbçilərin sayını açıqlamır. Lakin itkilərin çox olduğu deyilir.
Bir sözlə, Azərbaycan tərəfi istənilən vaxt Qarabağda anti- terror əməliyyatına başlaya bilər.
Bəzi məlumatlarda deyilir ki, Xocalı, Xocəvənd istiqamətində döyüşlər başlamışdır. Vəziyyət ağırdır, hər iki tərəf ağır texnikalardan isifadə edir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın