Qarabağda münaqişə yenidən …

Rusiyanın Müdafiə Nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov brifinq zamanı Azərbaycana yeni mesaj göndərmişdir. Gerasimov Dağlıq Qarabağda müharibənin yenidən başlama ehtimalının olduğunu bildirmişdir. Ordu generalının gələcəkdə bölgədəki problemlərdən danışması əbəs deyildi. Rusiya hər zaman Qarabağ münaqişəsini yenidən qızışdıra bilər.
Sual olunur:- əgər Rusiya sülhməramlılarının vəzifəsi Qarabağda olan erməni yaraqlılarını tərksilah etməkdirsə və onlar bu işi doğurdan da görürlərsə, münaqişə kimlərin arasında ola bilər?
– yaxud, Rusiya sülhməramlıları nə üçün Qarabağda olan erməni yaraqlılarını tərksilah etmir?


Əlbəttə ki, Rusiya Qarabağda mövcudluğunu əsaslandırmaq üçün arabir belə çıxışlar, hətta provakasiyalar da edə bilər.
Odur ki, Azərbaycan hökuməti vaxtında belə çıxışlara adekvat reaksiya verməli və tezliklə Türkiyə ordusunun Azərbaycana gəlməsini təmin etməlidir.
Nə qədər ki, Azərbaycan öz mövqeyini Türkiyə ordusunun Azərbaycana gəlməsi ilə möhkəmləndirməyəcək ( əslində bu xəyanətdir), gerasimovların belə çıxışları çox olacaq. Buna misal olaraq Gürcüstan və Moldova illərdi rus təhdidi ilə üz -üzədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: