Qarabağda işlər Rusiyanın istədiyi kimi getmir

Rusiyanın Azərbaycana və Türkiyəyə qarşı pamidor embarqosu göstərir ki, Qarabağda işlər Rusiyanın istədiyi kimi getmir. Belə bir embarqonu Rusiya Türkiyəyə qarşı məşhur rus təyyarəsininin Suriyada vurulmasından sonra qoymuşdu.
Rusiya, Türkiyənin Qafqaza daxil olmasının çox uzağa gedən nəticələr verəcəyindən əndişələnir.
Bu qorxu hələ yüz illər öncədən Rusiya siyasətinin ana xəttini təşkil edir. Ermənistan dövlətinin əski Azərbaycan torpağında yaradılması, Naxçıvanın Azərbaycandan Mehri dəhlizi ilə ayrılması eyni məqsədə xidmət edir.


Lakin belə görünür ki, getdikcə iqtisadi cəhətdən zəifləyən Rusiya özünün imperiya ambisiyasını istədiyi kimi Gürcüstanda, Moldovada və Ukraynada olduğu kimi həyata keçirə bilmir.


Regionda öz güclü və müasir silahlarla silahlanmış ordusu olan Türkiyə və Azərbaycana qarşı, keçən əsrdən qalmış silahlarla silahlanmış Rusiya və Ermənistan zəif görünür. Amerikanın yəni seçilmiş prezidenti C. Baydenin tezliklə öz fəaliyyətinə başlaması da Rusiyanın tezliklə yeni problemlərlə üzləşəcəyindən xəbər verir.
Korrupsiya və rüşvət üzərində qurulmuş Rusiya rejimi isə düzəlmək şansını çoxdan itirib.
Bir neçə gün əvvəl Taqanroqda, içindəki tonlarla misi satmaq üçün bir təyyarə qaçırılmışdır. Bu adi təyyarə deyil. Həmin təyyarənin içində, nüvə müharibəsi olarsa, hadisələri idarə edən komanda məntəqəsi yerləşibdir və bütün sirli kodlar həmin komanda məntəqəsindədir. Müəllif xəbərə “Rusiya atom bombasız qaldı” başlığı qoyub. Bəli, Rusiya hökuməti bu gündədir və onun Qarabağa və Ermənistana yardım daşıması, divin xəlbirlə Cırtdana su daşıması gədər çətin və mənasız görünür.


Təəssüf ki, Rusiyanın qonşularla, lap elə öz xalqı ilə də danışıq dili
yalnız güc və hədə – qorxu dilidir.Bu dil isə SSRİ dövründə olduğu kimi Rusiyada da mərkəzdən qaçma qüvvələrin güclənməsinə səbəb olur. Belə çıxır ki, Rusiyanı da SSRİ nin taleyi gözləyir. Odur ki, Rusiya nüvə silahından əvvəlki silahı olan “pamidor embarqosu” silahını işə salıb. Amma xeyri yoxdur.


Nizami Gəncəvi demişkən:
Xalq razı qalmazsa bir hökmdardan
Hakimi ( burada ölkəni ) qurd kimi parçalar zaman.

Xatırladaq ki, sonra Rusiya Azərbaycan pamidoruna yalnız Dağıstana kimi gətirilməsinə icazə vermişdir.

Şahin Sirvanlı

Bunu paylaş: