Qarabağda dəmir-metal “monopoliyası”

 

Qarabağın müəyyən qismi azad edildikdən sonra, orada sürətli infrastruktur dəyişikliyi baş verməkdədir. Rəsmi Bakı Qarabağımızda minasız və minalardan təmizlənmiş ərazilərdə sürətli tikintilər aparır. Hədəf isə, tam olaraq 2025 – ci ilə kimi, Azərbaycanın 30 il işğalda olan torpaqlarında ağıllı şəhərlərin inşa edilməsidir. Bu inkişafı biz də alqışlayırıq.

Lakin bizləri bir məsələ maraqlandırır:

Söhbət işğaldan azad edilmiş ərazilərə keçmək istəyən insanların həbs edilməsindən gedir.
İlk ağlımıza gələn budur ki, hələ də təmizlənməmiş mina sahələri vardır.
Niyə? İnsanlar bu təhlükəni bilərək, öz həyatlarını risqə atırlar.
Bir neçə vaxt araşdırmalarımızdan sonra, səbəbin tam fərqli olduğu qənaətinə gəldik. Söhbət işğaldan azad edilən ərazilərimizdə olan “metal” parçalarıdır. Həbs edilən insanların 90 faizi də, dəmir-metal kiçik biznesi ilə məşqul olanlardır. Görünür, insanlar bir tikə çörək qazanmaq üçün öz həyatlarını risqə atmaqdadırlar.
Təsəvvür edirsinizmi, İlham Əliyevin məmurları azad edlmiş ərazilərimizdən tonlarla metal çıxartmaqdadırlar. Hətta bu işi “monopoliya” ediblər. Hər dəmir parçası bir nəfərə aiddir. Təbii ki, bu, İlham Əliyevin məmurlarına aiddir.

Görün nə günə qalmışıq ki, İlham Əliyev və məmurları, gündəlik çörək pulunu dəmirdən çıxaran insanları, öz doğma torpaqlarına keçməyə icazə vermirlər. İndi aydın oldu ki, ölkə prezidenti niyə vətəndaşları bu torpaqlara keçməyə qoymur. Görünür, Azərbaycanın yer altı, yerüstü təbii sərvətləri İlham Əliyev və hakimiyyəti tərəfindən bölünmüşdür. Sanki bizim vətən bunlar üçün özəl bir şirkətdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın