Qarabağa yol da, ədalətli rifah cəmiyyətinə yol da Bakıdan keçir

“Qarabağa yol Bakıdan keçir!” – diqqətli oxucu dostlar xatırlayar ki, neçə ildi bu fikir Qarabağ yazılarımda ana xətt olub. Qəsdim beyinlərdən “Qarabağın açarı Moskvadadır” fikrini çıxarmağa cəhd etmək olub. Bunu deyənlərin ehtiyatını başa düşsəm də razılaşmamışam. İnanmışam ki, açar öz əlimizdə, birliyimizdədir! Son illər bu cür düşünənlərin səsi gur gəlməkdə idi. Bu bir ayın davası tək bunu təsdiqləmədi, çox şeyi öyrətdi bizə. Qərbi də, beynəlxalq aləmi də, azad Qərb mətbuatını da, institutlarını da, bizə demokratiya dərsi keçənləri də tanıdıq. Bu “yeni tanışlıq” əsla bizi ümumbəşər dəyər saydığımız prinsiplərə arxa çevirməyə rəvac verə bilməz. Dava bitsin, yeni yazılarda ana fikri bu olacaq: “İnsan hüquq və azadlıqlarına söykənən ədalətli rifah cəmiyyətinə yol da Bakıdan keçir!” O cəmiyyəti də birlikdə quracayıq! Bilirəm, buna inananlar da çoxdur.

Bu yeni həftədə cəbhə uğurları arzusuyla Tanrı xalqımızı, dövlətimizi, ordumuzu qorusun!

Vahid Qazi

Bunu paylaş: