Qarabağa ayrılan pullar

 

 

Qarabağı azad etdikdən sonra hakimiyyətin qarşısında əsas məsələlərdən biri bölgədə infrastrukturu düzəltməkdir. Azad edilmiş torpaqlarımızın yenidən canlanması üçün böyük maliyyə vəsaiti tələb olunur. Lakin Azərbaycan hakimiyyəti büdcəni taladığı səbəbindən hərzamanki kimi, bu maliyyə hesabını xalqdan almaq fikrindədir. Dünya bazarında neftin qiyməti düşdüyü bir vaxtda, İlham Əliyev və hakimiyyətinin ölkədə yanacağın qiymətini qaldırmağının səbəbi bu kimi problemlərdir. Azərbaycan yanacağı qalxdıqdan sonra bütün iqtisadiyyatda şaxələnmə baş verərək , ölkədə hər şeyin qiymətində də bahalaşma baş vermişdir.

Bu vəziyyətdə hakimiyyət büdcəni xalqın cibindən oğurlayaraq doldurur. Yanacaq iqtisadiyyatın şah damarı olduğundan bütün iqtisadiyyata təsir göstərir. Bu tendensiya artıq illərdir hakimiyyət tərəfindən xalqa qarşı tədbiq olunur. Məsələn, dəfələrlə Azərbaycanda keçirilən Beynəlxalq turnirlərdən ( olimpiyada,dünya və Avropa çempionatı, formula və.s) əvvəlcə ölkədə yanacaq bahalaşmağının şahidi olmuşuq.

Mikayıl Əsədov.

Bunu paylaş: