Qarabağ yeni təhlükənin astanasında…

Bu gün söhbət açacağım mövzu dünyada ən əsas silahlardan və problemlərdən biri olan “Gerilla” yəni partizan müharibəsidir. Mənim bu gün bu mövzuya toxunmağımın əsas məqsədi gələcəkdə başımıza gələcək ən böyük bəladan xalqımızı xəbərdar etmək və ayıltmaqdır.

İndi söhbət açacağım “Gerilla” yəni partizan müharibəsi haqda çoxdandır ki, araşdırmalar aparıram və sonda bu qənaətə gəlirəm ki, xalqımız özü də bilmədən yeni bir təhlükənin astanasındadır. Mənim məqsədim xalqımı ayıltmaq və mümkün olduğu qədər təcili sürətdə Azərbaycan hökümətinin cəld davranaraq bu haqda tədbir görməsidir.

Əgər hökümət təcili surətdə tədbir görməzsə fəsadlarından nəinki iqtidar, bütün ölkə zərər görəcəkdir. Və gələcəkdə Azərbaycan höküməti və xalqı bu bəladan qurtula bilməyəcək. Ən əsası isə ən çox zərər görən məhz Azərbaycanın milli ordusu olacaqdır.

Gerilla müharibəsi nədir? Gerilla müharibəsi, hərbi qruplaşmaların yerli əhali arasında gizlənməklə düşmənləriylə açıq və geniş toqquşmadan qaçmaqla apardığı müharibəyə deyilir.

Bildiyiniz kimi bugünkü dünyada bir çox terror təşkilatları vardır və bu terror təşkilatlarından biri, hətta deyərdim birincisi PKK terror təşkilatıdır. Hərkəsin duyduğu, bildiyi PKK terror təşkilatı da, digər terror təşkilatları kimi Gerilla müharibəsi aparmaqdadır.

İndi bir xalq olaraq bir anlıq təsəvvür edin ki, Suriyadan, Türkiyədən, İraqdan qovulan, qaçan PKK döyüşçüləri Qarabağımıza köçürülür və bu köçürülən terroristlər Qarabağda ermənilərə Gerilla savaşının taktikalarını, sirlərini öyrədir. Hər bir terrorist 5-10 arası ermənini düşmənlə mübarizədə hansı vasitələrin daha əlverişli olması və digər effektiv yolları öyrədir.

Bir də gözünüzün önünə Qarabağın coğrafi relyefini gətirin və Gerilla savaşının necə bir fəsadlara gətirib çıxaracağını anlayın. Dağlıq ərazilərin və sıx meşəliklərin əhatə etdiyi və adından da anlaşılan Dağlıq Qarabağda “Gerilla” savaşı daha effektiv olacaqdır. Nəzarət etmədiyimiz indiki Qarabağ ərazisində PKK və erməni terrorçuları üçün şərait tam əlverişlidir. PKK Qarabağa yerləşmədən və bu hadisələr böyük vüsət almadan ordumuzun işğal altındakı torpaqlara girməsi vacibdir.

Deyəcəyim odur ki, gec olmadan, PKK Qarabağa köçürülmədən Azərbaycan höküməti və xalq birləşərək Qarabağı azad etməlidir. Əks halda irəlidə bizi böyük fəlakətlər gözləyir. Vur-qaç gizlən prinisipilə çalışan Gerillanı ciddiyə almaq lazımdır. Əks halda gələcəkdə hər bir terrorçu üçün Azərbaycan ordusu bir dron qaldırmalı olacaq ki, bu da bizim büdcəmizə ziyan vuracaqdır.

Əgər PKK terrorçuları Qarabağa yerləşərsə bu bizim üçün heç də xoş sonluqla bitməyəcək. Qabaqlayıcı tədbirlər görərək, gec olmadan, yuxarıda qeyd etdiyim təhlükələri önləmək lazım! Ümidvaram hökümət bu mövzunu ciddiyə alaraq tədbirlər görməyə başlayacaqdır. Əgər mənim bu gün anlatdığım problemə şübhə ilə və ya səthi yanaşırsınızsa açın dünya tarixində baş verən müharibələrdə partizan savaşının effektivliyinə baxın. Özünüz hər şeyin şahidi olacaqsınız.

Sonda deyəcəyim: Tanrı xalqımı, millətimi, dövlətimi bu kimi bəlalardan qorusun! Amin

Əziz Əzizli.

Bunu paylaş: