Qarabağ terrorçulardan təmizlənməlidir

Son zamanlar ölkə gündəmini zəbt edən sensasion olaylardan biri, bəlkədə birincisi, Ermənistanın işğal etdiyi Qarabağa PKK terror təşkilatının üzvlərinin, silahlı yaraqlılarının köçü ilə bağlıdır. Aldığım məlumatlara görə Ermənistan höküməti işğal etdiyi Qarabağda toplam 12 PKK düşərgəsi yaradıb və həmin düşərgələrdə təqribi 1750 PKK yaraqlısı yerləşdirib. PKK terrorçularının işğal olunmuş Qarabağda yerləşdirildiyi barədə yayılan infomasiyalar bir həqiqətdir. Hərkəsin bildiyi kimi uzun illərdir PKK terror təşkilatı ilə erməni terror təşkilatı arasında dərin bir bağ olub. Adını çəkdiyim bu iki terror təşkilatlarının uzun illər Livanda yerləşən bazalarda birgə təlimlər keçmişlər. Bugün faktiki olaraq Asala adlı terror təşkilatı mövcud olmasa belə digər terror təşkilatı olan PKK hələdə mövcudluğunu sürdürür. Türkiyə Ordusunun PKK qüvvələrinə qarşı keçirdiyi anti-terror əməliyyatları nəticəsində sarsıdıcı zərbələr endirmiş və PKK-nın zəifləməsinə gətirib çıxarmışdır. Türkiyə ordusunun həmlələrindən sonra zəif duruma düşən PKK terrorçularının belə bir ağır vəziyyətdə öz düşüncələrinə görə daha təhlükəsiz yerə köçürülmələri və ya köçmələri daha məqsədə uyğundur. Onların düşüncəsinə görə indiki vəziyyətdə bölgədə təhlükəsiz yer məhz Azərbaycanın işğal altındakı Qarabağ ərazisi ola bilər. Bütün bu köç prosesinə əvvəldən sonadək işğalçı siyasəti yürüdən Ermənistan və Rusiya dəstək vermiş olur. Və Ermənistan bu yolla gələcəkdə bir növ özlərini Türkiyə və Azərbaycan ordularının hücumlarından, həmlələrindən bir növ qorunmaq məqsədi güdürlər. Belə olan halda bugün Türkiyə dövləti qardaş Azərbaycanla birləşərək birgə rahatlıqla Qarabağa daxil olaraq anti-terror əməliyyatlarına başlaya bilər.

İmza; Əziz Əzizli

Bunu paylaş: