Qarabağ azad edildi, bəs siyasi məhbuslar ne zaman “Azad” ediləcəkdir?

Qarabağımızı azad etdikdən sonra hələ də azad olmayan siyasi məhbuslarımız qalmışdır. Çox təəssüf hissi doğurur ki, bu gün Azərbaycanda hələ də siyasi məhbuslar qalmaqdadır. Bir neçə gün bundan əvvəl azad edilən Qarabağ yürüşü məhbusların arasında da siyasi məhbusların olması sevindirici haldır. AzərFreedomun, Azərbaycan Xalq Herakatının, Klassik Xalq Cəbhəsinin üzvlərindən olan Elvin İsayev, Siyavuş Mustafayev, Azer Məmmədov və.s hələ də həbsdədir. Hakimiyyət bu cür insanları həbs etməklə Azərbaycanda demokratiya və insan haqqlarına böyük zərbə vurur. Hər il Azərbaycan, demokratiya və insan haqqlarını pozan ölkə kimi dünya çapında geriləməkdədir. İnanırıq ki, yaxın bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev qızıl amnistiya verərək siyasi məhbusları azadlığa buraxacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: