Qarabağ ətrafında nələr baş verir?

 

Bir neçə gündür davam edən silahlı çatışmaların birdən – birə artması və nəticədə ermənilərin tutduğu bir neçə postun boşalması, müxtəlif versyaların irəli gəlməsinə səbəb olur;
İlk təxribat Şuşada hərbçilərimizə qumbara atılması və həmin şəxsin rus ,,sülhməramlıları” tərəfindən tutulub yenidən Xankəndindəki quruma verllməsi ilə başlandı. Hələ üstəlik bu terrorçunun ermənilər tərəfindən qəhrəman elan edilməsi, ailəsinə maddi yardımların yığılması Azərbaycan çəmiyyəti tərəfindən qəzəblə qarşılandı.Davamında 2 gündür Kəlbəcər və Laçın istiqamətindəki sərhəd kəndlərimizə Ermənistan silahlı qüvvələrinin atəş açması və hücuma keçməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu.
Bəs səbəb nədir? Ermənistan rəhbərliyi –Paşinyan bilir ki, bu çür hücumlarla torpaq geri ala bilməz, necə ki, əksinə, ordumuz bəzi ərazilərimizi geri alıb yeni postlar qürur. Demək, məqsəd fərqlidir.Burada bir neçə ehtimal ola bilər:
A) Vəziyyəti gərgin saxlamaqla danışıqlar prosesini uzatmaq. Sülh müqaviləsinə getməmək
B),Minsk qrupunu bu bəhanə ilə geri qaytarmaq.
Bu vəziyyət Rusiyaya da sərf edir.Sülhün olmaması rus qoşunlarının Qarabağda qalmasına, hətta Ermənistan Azərbaycan sərhəddinə də sülhməramlı kimi yerləşməsinə səbəb ola bilər.Rusiya Ermənistanın vəziyyəti gərginləşdirməsində ən maraqlı tərəfdir. Zəngəzur dəhlizi Rusiyaya çox lazımdır. Amma Sülh müqaviləsi olmadan həm münaqişə davam edəcək, həm dəhliz açılacaq və hər ikisinə də Rusiya nəzarət edəcək.Təəssüf ki, Paşinyanın da bu planla getməyə razılıq verdiyi görünür. Doğrudur, dünən MN – ni sərhəddəki gərginliyə görə vəzifəsindən azad edib.Deyilə bilər ki, Paşinyan bu plana razılıq veribsə, MN- i niyə cəzalandırır? Ola bilərmi ki, Paşinyan daxildəki qüvvəlrdən, xalqının təpkisindən qorxsun? Və ya həqiqətən, Paşinyan sülh istəyir, bu qüvvələrdən qorxdugu üçün sərhəddə belə gərginlik yaradaraq Azərbaycan ordusunun özünün gəlib sərhəddini döyüşlə irəli çəkməsinə şərait yaradır Sonra da çıxıb desin ki, gücümüz çatmır. Razılığa gəlməsək, özləri güclə gəlib Zəngəzur dəhlizini alacaq.
Deyilənlər, yazılanlar yalnız bizim ehtimallarımız ola bilər.
Amma görünən bir şey də var: Azərbaycan hökuməti susur. Yalnız MN baş verənlərlə bağlı xəbərlər yayır. XİN sanki yoxdur. Dişsizliyi və Rusiyadan qorxusu hər addımda bəllidir Hətta Xocalıda abidə, park qoyulanda, 2 kilsə tikəndə də heç bir reaksiya görmədik.Görünən odur ki razılıq verilib.

Verilməsə belə, Rusiya bu dişsiz hakimiyyətdən icazə alası da deyildi.
Belə bir kompleksin, kilsənin tikilməsi əlbəttə ki, bir günə başa gəlməyib .Hər zaman Rusiya-Türkiyə monitorinq mərkəzini qınayırıq. Türkiyə qrupu məlumatları yığıb həm Azərbaycan, həm də Türkiyə tərəfinə ötürərək vəzifəsini yetinə yetirir.Baş verənlərə reaksiya vermək hakimiyyətin işidir. Onu da biz görmürük.Kimlərsə çıxıb bizlərə:” arxada danışıqlar gedir, siz bilmirsiz “,-deyə bilər. Amma bizlərə sözlər yox, icraat lazımdır.
Görünən odur ki ,Rusyianın bu basqısı bizim hakimiyyətin qorxusu ilə ,,sülhməramlılar”5 il yox, azı 10 il Qarabagda qalacaq və biz də 10 il hələ çox əzab çəkəcəyik
P.S Rusiyanın Bakıdakı işğal qüvvələri çox güclü fəaliyyətə keçib.Xalq, nəhayət ki, özündə qüvvə toplayıb ayağa qalxmalıdır. Yoxsa geri dönüşü olmayan yolda məhv olacağıq

Anonim.

Bunu paylaş:

Bir cavab yazın