Qarabağı Rusiya ilə bölüblər?

 

“Müharibə bitdi. Qarabağ münaqişəsi keçmişdə qaldı”. İstəməyən kafirdir! Amma münaqişə “keçmişdə qaldığı” kimi, Qarabağın yarısı da ermənidə, rusda qalıb axı! Xankəndi erməni-rus nəzarətindəykən münaqişə necə keşmişdə qala bilər?

Sizi bilmirəm, mən Qarabağla bağlı siyasi təhlillər düşünə bilmirəm. Bu xarakterli statusları da oxuya bilmirəm. Ya hakimiyyət xilaskarmış kimi mədh olunur, ya cinayətkarmış kimi yarğılanır. Hansı düzdür, hansında həqiqət payı çoxdur, anlamaq çətindir. Real durumla bağlı informasiya yoxdur, sanki Pandora qutusunda gizlədilib, ağzı da bərk-bərk bağlanıb.

Görünən odur ki, Qarabağın ordumuz girmədiyi hissəsi erməni separatçılarının, rus qoşunlarının nəzarətindədir və bölgə Rusiya ilə Ermənistanın simbioz qanunları ilə idarə olunur. Görünən həm də odur ki, Rusiya mətbuatı, rəsmiləri o yerin adına Нагорный Карабах, şəhərinə Степанакерт deyir, geri qaytardığı ermənilərin gündəlik statistikasını az qala dövlət xəbəri kimi yayır.

Bizim hakimiyyət isə o bölgənin adını birdivli çəkmir, sanki qara dəlikdir, yaxud ora heç mövcud deyil.

Nə baş verir, mövcud vəziyyət nədən ibarətdir?

27 sentyabradək hakimiyyətin Qarabağla bağlı planlarından xəbərimiz olmadığı kimi yenə nəsə planımı var?

Yoxsa Qarabağı Rusiya ilə pay-püş edib bölüblər, elə bilirlər məsələ bitib?

Vahid Qazi

Bunu paylaş: