Qara Qarayevin oğlu Fərəc Qarayev Rusiya dövlət televiziyasının aparıcılarına layiqincə cavab verdi.

Salam! Mən Fərəc Qarayevəm – Moskva Konsevatoriyasının professoru və Moskva bəstəkarlar birliyinin üzvü. Mən iyulun 20-də 1-ci kanalda efirə gedən “Zaman göstərəcək” verlişi barədə öz fikrimi bildirmək istərdim. Verlişin aparıcıları Anatoliy Kuziçev və Artyom Şeyninə müraciət etmək istərdim. Hamıya çoxdan aydındır ki, sizin əsas işiniz diskussiyanın axarını özünüzə lazım olan istiqamətə yönəltməkdir. Bu hər bir aparıcı üçün təbii haldır. Amma Siz tez-tez qanunsuz üsullardan istifadə edirsiz – öz opponentinizin sözünü məhz elə bir məqamda kəsirsiz ki, o özünün sizin məsələ ilə bağlı filirlərinizə, fərziyyələrinizə zidd olan əsas fikrini, söyləməyə çalışır. Siz bunu virtuoz olaraq həyata keçirisiz, sizin bu işdə böyük təcrübəniz var. İnsanı çaşdırırsız, opponentiniz fikrini itirir, və onunla yeni fikir mübadiləsi başlananda opponentiniz öz məqsədinə çata bilmir, sizsə əksinə öz məqsədinizə çatmış olursuz. Söylədiyim bu vəziyyət məhz həmin verlişdə də oldu – Azərbaycandan olan opponentlərinizə Rusiya ərazisində baş verən “ərik müharibəsi” ilə bağlı əsas fikirlərini bildirməyə imkan vermədiz. Əsas fikrinsə mahiyyəti bundan ibarət idi – Azərbaycanın 20% torpağı Ermənistan tərəfindən işğal olunub, Azərbaycan ərazisində heç bir hüquqi subyekt tərəfindən qəbul olunmamış Dağlıq Qarabağ Respublikası yaradılıb və Dağlıq Qarabağ ətrafı rayonlar da, təkrarlayıram, Ermənistan tərəfindən işğal olunub. Siz Azərbaycan tərəfdən olan iştirakçıların sözlərini kəsərək, çaşdıraraq məhz bu fikri bildirməyə imkan vermədiz, və yenə də siz bu işi virtuoz olaraq həyata keçirdiz.

Hörmətli Anatoliy və hörmətli Artyom, Sizlərə belə bir sualla müraciət etmək istərdim. Belə bir faktastik vəziyyəti təsəvvür edin – Vladimir Putin yeni Konstitusiyanın ona verdiyi imkanlardan istifadə etməyib növbəti şeçkilərdə iştirak etmir. Hakimiyyətə başqa biri gəlir, o qədər də fəal, ağıllı, sərt, perspektivli və geosiyasətin incəliklərini o qədər də yaxşı bilməyən biri. Ölkə tədricən dağılır və yenidən 90-ci illərə qayıdır. Belə hal artıq baş vermişdi, biz bunu görmüşük. Bizim qonşumuz Ukrayna bundan istifadə edərək Krımı işğal edir və onunla bir yerdə Krımı əhatə edən daha 20% ərazini. Yeri gəlmişkən onu da deyim ki, Rusiya Federasiyasının 20%-i Rusiyanın bütövlükdə Avropa hissəsi deməkdir. Belə bir vəziyyəti təsəvvür edin. Rusiya-Ukrayna sərhədində vaxtaşırı atışmalar baş verir, tərəflər bir birini günahlandırır – kim başlayıb, kimdir günahkar -, silahsız vətəndaşlar həlak olur. Bu faciədir. Daha irəliyə gedək. Qonşu dövlət olan Belarusiyanın ərazisində yiyələri Rusiyadan olan tərəvəz bazaları var – onlar mal alırlar, paylayırlar, həmin bazalarda lazımi işləri görürlər. Mən bu sahədə mütəxəssis deyiləm. Və bir vaxt Rusiya-Ukrayna sərhəddində atışma baş verir, bu zaman rus vətəndaşları həlak olur. Belarusayada olan baza yiyələri ruslar Ukraynadan gətirilən meyvələri (məsələn, gilası) qəbul etməkdən imtina edirlər. Belə bir vəziyyətdə Siz özünüzü necə aparardız? Deyərdiz ki, afərin, dostlar, onlar bizimkiləri öldürürlər, bizsə onların gilasını almalıyıq?! Düz edirsiz, afərin. Yoxsa deyərdiz ki, bu yaxşı iş deyil, azad ticarətdə onlar bizim düşmənimiz deyil. Sərhəddə baş verənlər ayrı şeydir, Belarusiya ərazisində baş verən ayrı. Birinci halda siz normal, şüurlu insan olacaqsız. İkinci halda isə – əclaf və satqın. Bu barədə mən Sizə açıq şəkildə deyirəm. Azərbaycanla Ermənistan münasibətində də məhz belə hal yaşanır.

Ermənistan tərəfi dünya birliyi tərəfindən qəbul olunmamış Dağlıq Qarabağ Respublikası yaradıb. Dağlıq Qarabağ ətrafı Azərbaycan ərazilərinin 20%-ni işğa

edilib. Zəbt olunmuş ərazilərin azad olunması ilə bağlı BMT-nin heç bir qətnaməsi həyata keçirilmir. Emosiyalarına sahib çıxa bilməyib ermənilərin ərik yeşiklərini tapdalayan Azərbaycan vətəndaşları özlərini necə aparmalı idilər?! Başa düşün ki, bu adi satıcılardır, bu insanlar Oksford, Kembridj, Moskva Dövlət Universitetinin hüquq fakultəsini bitirməyiblər, onlar sadə xalqın nümayəndələridirlər. Emosiyaların bu cür partlayışını anlamaq olar. Əgər Siz bunu anlamadığınızı göstərməyə çalışırsızsa və yaxud həqiqətən də başa düşmürsüzsə, bu artıq sizin bədbəxtçiliyinizdir. Bu Sizin günahınız yox, məhz bədbəxtçiliyinizdir. O qədər qammazsız ki, uzaqgörən deyilsiz ki, ya da o dərəcədə satılmısız ki…

İndi isə Ermənistanda olmuş, lakin Azərbaycana buraxılmamış bloger Simon haqqında. Gəlin daha bir fantastik vəziyyət təsəvvür edək. Hesab edək ki, Ukrayna Krımı və Rusiyanın 20%-ni işğal etdikdən sonra hansısa bir jurnalist, deyək, neytral olan Litvadan Krıma gedir, o Krıma ki de yure Rusiya ərazisi sayılır. Litva vətəndaşı Rusiyaya vizasız, icazəsiz gedə bilməz. Vizanı ona Rusiyanın aidiyyatı orqanları verməlidirlər. O Krıma Rusiyanın razılığını almadan gəldiyinə görə non-grada şəxs kimi elan olunur və sərhədləri pozduğuna görə Rusiyaya girişinə qadağa qoyulur. Və bu hipotetik Litva jurnalisti Rusiya və Ukrayna hərbiçiləri arasında qarşıdurma baş verən sərhədə gələndə, Ukraynalılardan informasiya toplayanda, onlar vəziyyəti öz bucaqlarından təsvir edirlər. O Rusiyaya gəlib guya rusiyalılardan onların fikirlərini öyrənmək istəyəndə və yaxud istəməyəndə, çünki istəyinə əmin deyiləm, Rusiya onun ölkəyə girişinə icazə vermir. Bu təbiidir. Çünki o bir neçə il bundan əvvəl sərhəddi pozmuşdu və ona zəruri qadağalar qoyulmuşdu.

Siz bu barədə dəqiq dediz?! Xeyr, Siz onun Azərbaycana buraxılmamasının günahını yalnız Azəraycanın üzərinə yazdız. Burada isə günahkar Azərbaycan yox, həmin o hipopetik Litva jurnalistidir.

Əgər ki mənim hörmət etdiyim və zövqlə baxdığım 1-ci kanal öz jurnalistini yollasaydı, əvvəlcə Ermənistana, sonra isə Azərbaycana. Şükür olsun ki, Rusiyanın kütləvi informasiya vasitələrində dəqiq, şərəfli, ağıllı insanlar az deyil. Və əgər ki bu insan hər iki tərəfin mövqeyini obyektiv şəkildə göstərmiş olsaydı, bu düzgün, ədalətli və normal jurnalistika ənənələrinə uyğun olardı. Burada isə, bəlkə bu sizin təşəbbüsünüz olub, bəlkə də Sizin yox, Siz bu bloger Semyonun Azərbaycana girişinə qadağa olduğundan istifadə edərək bütün günahları Azərbaycanın üzərinə yıxdız. Beləliklə də 1-ci kanalın böyük auditoriyası olub-bitənlərdən xəbərsiz qaldı və Azərbaycan tərəfinin mövqeyini bilmədi. Və bir də yadınıza salım ki, izləyicilərin əksəriyyəti Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olunduğunu bilmir. Və Azərbaycanın sadə vətəndaşları bununla barışa bilmirlər, öz etirazlarını isə hərə öz ağlı, tərbiyəsi, intellekti və istedadı çərçivəsində bildirir.

İndi isə mən valı dəyişib “60 dəqiqə” verlişi haqqında danışmaq istərdim. Bu verlişdə Ali İqtisadiyyat məktəbinin professoru Həsən Hüseynovun fikirləri müzakirə olunurdu. O Dubrovkada baş verən terroristik aktı çeçen xalqının azadlıq uğrunda xalq hərəkatının bir hissəsi adlandırdı. Yer üzündə olan şuürlu insanlar kimi mən də terroristik aktları xoş qarşılamıram. Elə bunu da Professor Həsən Hüseynov dedi. O terrorizmi mübarizə metodu kimi inkar edir. Amma 90-cı illərdə Çeçenistanda olan müharibədə həqiqətən də çeçen xalqının özünü dərk etməsi, azadlıq istəyi çaları var. Biz sepoyların ingilis tacına qarşı üsyanını xalq hərəkatı

adlandırırıq, yaxud bu günə kimi davam edən və çox şükür ki, sülhlə bitən ira-irland respublika qoşununun terrorizmini yaxud cavan İtaliyanın 19-cu əsrdə Qabsburqlara qarşı terroristik üsyanları azadlıq uğrunda olan xalq hərəkatı adlandırırıq. Bunlar hamısı terrorizmdir – mənasız, qəddar, qorxulu, amma yenə də biz bunu xalq hərəkatı adlandırırıq. Aydın oldu ki, bu təşəbbüs səhv idi və adı böyük hərflərlə yazılacaq böyük çeçen oğlu Əhməd Kadırov bunu anladı və mənbələrə döndü, başa düşdü ki, Çeçenistanın gələcəyi Rusiyanın tərkibində olmağa bağlıdır. Amma o mərhələ ki şərti olaraq çeçen xalqının azadlıq uğrunda mübarizəsi adlandırıla bilər, o var idi. Bunda dəhşətli bir şey yoxdur. Bəlkə də səhv savaş idi, əzəldən iflasa uğramış savaş idi, amma buna professor Həsən Hüseynov tərəfindən düzgün tərif verilmişdir. Biz hamımız terrorizmə qarşıyıq, biz hamımız çeçen xalqını Rusiya Federasiyasının tərkibində görürük. Bu barədə özgə fikir ola bilməz. Olanlar isə quldur savaşı, ədalətsizlik, dəhşət, terrorizm idi. Amma bunu yenə də bəzi istinalar etməklə Rusiyanın təsiri altından çıxmaq üçün, azadlıq uğrunda mübarizə adlandırmaq olar.

Ammonyakı pis qoxuduğuna görə ittiham etmək olmaz. Bu onun xüsusiyyətidir. Buzu sürüşkən olduğuna görə ittiham etmək olmaz. Bu onun əsas xüsusiyyətidir. Hər bir mübarizə terrorizmdir, hər bir inqilab ədalətsizlikdir, edamlardır, ölümlərdir. Bundan qaçmaq lazımdır. Və həm də ağıllı, savadlı, istedadlı insanı söyləmədiyi sözlərlə ittiham etmək lazım deyil.

Və bu verlişdən sonra, professor Həsən Hüseynova qarşı olan hücumlardan sonra istər-istəməz məndə belə bir fikir yaranır – Rusiya bütün Avropa üzrə ölkənin informasiya blokadasını çaşqınlıqla qarşılayır və bununla barışmaq istəmir. Minlərlə, bəlkə də on minlərlə gic-gic Rusiyaya qarşı yönəlmiş yalnış məlumatlar qərbin kütləvi informasiya vasitələri tərəfindən mənimsənilir. Bununla nəsə etmək mümkün deyil. İncimək, dilxor olmaq olar, amma bununla mübarizə aparmaq da mümkün deyil. Məndə belə bir təsəvvür yanarır ki, bütün dünyanın Rusiyaya qarşı olan münasibətini Rusiya məhz Azərbaycan üzərində təkrarlayır. Yalnış informasiyaların yayılması, ədalətsiz sözlər, faktların qarışdırılması – bunlar hamısı Rusiya jurnalistikasının Azərbaycanla münasibətdə xarakterik xüsusiyyətidir.

Diqqətinizə görə sağ olun!