Qara dənizdəki gərginliyin arxasında, “Montö” müqaviləsi durur

 

 

 

Aldığımız xəbərə görə, Böyük Britaniya və Rusiya arasında Qara dənizdə insident yaşanmışdır. Rusiya tərəfi, Britaniya hərbi gəmisinin onların sərhəddinə (işğal etdikləri) 3 km daxil olaraq pozmasın bildirmişdir. Bu səbəbdən Rusiya göyə hərbi təyyarələrini qaldıraraq, İngilislərə xəbərdarlıq etmişdir. Görünür, burda önəmli bir şey olmasa da, Kreml bu hadisəni şişirtmək istəyir.
Bəs niyə Rusiya Qara Dənizdə vəziyyəti gərginləşdirmək istəyir?

Söhbət əsasən iki amildən gedir: Birincisi, Türkiyənin imzaladığı “Montö” müqaviləsinin 2023 – cü ildə bitməsidir. Görünür, Türkiyənin bu müqaviləni uzatmaq fikri yoxdur. Həmin müqaviləyə əsasən, Rusiya gəmilərinin 100 il müddətinə Qara Dənizdən sərbəst keçmək ixtiyarı vardı. Rusiya bilərəkdən Qara Dənizdə aranı qızışdırıb ki, təzyiq nəticəsində bu “Montö” müqaviləsinin müddəti uzansın.

İkinci amil isə, yaxın zamanda Türkiyə Azərbaycan qazı ilə bərabər, Türkmənistan qazını da Bosfor boğazı vasitəsi ilə Avropaya nəql edəcəkdir. Aldığımız xəbərə əsasən isə, Amerika Rusiya qazının Avropaya nəql edilməsinə görə sanksiyalar hazırlamaqdadır. Kremlin daha bir narazılığı Avropa kimi müştərini itirməkdir. Yəni Rusiya əlindən gələn hər bir təxribata əl atacaq ki, Qara Dənizdə öz mövqeyində qalsın. Hətta bu mübahisəli məqam müharibəyə cevrilə bilər.

Rusiya əgər Qara Dənizdən Ukraynaya hücum edərsə, müttəfiq kimi Türkiyə də daxil olmaqla NATO ölkələri buna cavab verməli olacaqdır. Yəqin ki, üçüncü dünya müharibəsi Qara Dənizdə başlayacaqdır.

Əlavə olaraq demək istəyərdik ki, Böyük Britaniya və Rusiya arasında baş vermiş insidentdə, atəş açan olmasa da, rus mətbuatı bu məsələni şişitşrtməklə məşğuldur.

Mikayıl Əsədov.

 

 

Bunu paylaş:

Bir cavab yazın