Qapını bağlı saxla ki, qonşunu oğru tutmayasan

Ermənistanda bir neçə hərbçini ordudan tərxis etmişdilər, indi isə onları yenidən, yəqin ki, geriyə – Qarabağa qaytarmaq istəyirlər. Valideynlər isə öz uşaqlarını hərbi xidmətə göndərməkdən imtina edirlər. Onlar övladlarının yenidən Qarabağa göndəriləcəyindən ehtiyat edirlər. Valideynlər deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Bu, Sovet dövründən belədir. Paşinyan müharibəni saxlamasaydı, bizim övladlarımız da həlak olacaqdı.


Mənə bu yazını yazmağa sövq edən bir valideynin sözü oldu. Həmin valideyn deyir ki, görmədiniz, Azərbaycan prezidenti, hətta Ermənistanın rəsmi şəxslərinin də Azərbaycana getməsinə etiraz edir. Deməli, ora Azərbaycandır və mənim övladımın orada xidmət etməsi qeyri – qanunidir.
Ay Azərbaycanın rəsmi şəxsləri, başda İ. Əliyev olmaqla,
Qarabağda olan qanunsuzluqlara vaxtında reaksiya verin!!!
Açıb qoymusunuz dövlətin sərhəddini, it də keçir, qurd da.
Bu necə ərazi bütövlüyünü təmin etməkdir, bu necə müqavilədir ki, sən öz sərhəddinə nəzarət edə bilmirsən? Heç olmasa, arada – bir bəyanat verin ki, hamı işini bilsin.

Şahin Sirvanlı

Bunu paylaş: