Qanlı tarix: 31 mart soyqırımı

1918 – ci il mart ayının 31 Bakı Soveti və Daşnaksütun terrorçuları, yəni erməni-rus birlikləri Azərbaycanlılara qarşı tarixi soyqırımı həyata keçirmişlər. Erməni – rus terrorçuları Şamaxı, Quba, Salyan, Hacıqabul, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və Bakıda yaşlı, uşaq, qadın demədən 12 minə yaxın azərbaycanlını amansızlıqla qətlə yetirmişlər. Bəzi şəhərlərdə yüzlərlə yaşayış yeri erməni-rus birləşmələri tərəfindən yandırılmış və dağıdılmışdır.

Martın 31-i Azərbaycan xalqının qanlı tarixinin silinməz yaddaşı kimi qeyd olunmaqdadır. Qeyd edə bilərik ki, xalqımıza qarşı törədilmiş erməni – rus terroru birinci olmayacaqdı. Tarix 1918 ci il 31 martdan sonra da Azərbaycan xalqına qarşı törədilmiş bu kimi qanlı terrorlara şahidlik edəcəkdi. Allah, 31 martda qəddarcasına öldürülən insanlarımıza rəhmət eləsin.

Bunu paylaş:

Bir cavab yazın