Qal, sənə qurban.

Qal, sənə qurban

Deyirlər məhmətcik qalacaq bizdə,
Çox gözəl fikirdir, qal sənə qurban.
Dosta sevinc gətir, düşmənə ölüm,
Namərdin canını al, sənə qurban.

Bu Vətən sənindir güllü- gülüstan,
Ona bir daş atır hər yolun azan,
Namərdlər kəsmişdir yolları çoxdan,
O yollara körpü sal, sənə qurban.

Tarixə adını yazan bir millət
Bu gün pərişandır, bu bir həqiqət.
Gözdən uzaq olma, könüldən iraq
Ürəklərə salma xal, sənə qurban.

Arxalı köpəklər yaman qudurmuş,
Şuşada kef- damaq məclisi qurmuş,
Bu qisas qılıncım qından sıyrılmış,
Bir cəngi havası çal, sənə qurban.

Şahin Şirvanlı

Bunu paylaş: