Qafqazda geopolitik oyun gedir

Son vaxtlar Azərbaycan və Rusiya arasında baş verən intensiv görüşlər regionda Rusiyanın planlarının havada qalmasının əlamətidir. Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Bu görüşdə iki tərəfli əlaqələr müzakirə olunmuşdur. Başqa görüşlər: Ceyhun Bayramovun Sergey Lavrovla görüşü və Sergey Şayqunun Bakıya gəlməsi, sonra isə Zakir Həsənovun Moskvaya getməsi regionda geopolitik vəziyyətin sürətlə dyişməsindən xəbər verir. Təbii ki, burada Türkiyə amili böyük rol oynayır. Artıq rəsmi Bakının NATO -nun üzvü olan Türkiyəyə və Avropaya üz tutması şimal qonşumuzu narahat etməyə bilməzdi. Çox önəmli məsələ isə odur ki, Rusiya bu vəziyyəti Azərbaycanla diplomatik yolla həll etməyə çalışır. Lakin yenə də ehtiyatla Rusiyanı izləmək çox önəmlidir, çünki İmperiya siyasəti hər zaman aqressiya ilə ölçülür.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: