Qadınlar niyə qətlə yetirilir?

 

Xaçmazda kişi 34 yaşlı həyat yoldaşını bıçaqla qətlə yetirib.

Son zamanlar ölkənin müxtəlif yerlərində 10-a yaxın qadın bıçaqlanma hadisəsi baş verib. Bu qətliamların qarşısını almaq polislərin üzərinə düşmür, daha doğrusu, qətl baş verən vaxtadək DİN belə məsələyə müdaxilə edə bilməz. Bu məqamda cəmiyyət qadın qətliamının qarşısını almaq üçün nə etməlidir?

Təbii ki, TV-lərdə göstərilən seriallar, qadın zorakılığını təbliğ edir. Döyülən qadınlar isə: “əşi, kişidir də!” prinsipinin aşılayıcılarıdır.

Cəmiyyətin təftəlşüuruna yerimiş bu düşüncəni qoparıb atmaq üçün isə, sıfırdan başlamaq lazımdır.

Öz yoldaşını döyən, qətlə yetirən kişi tək bir nəfərin həyatını korlamır, eyni zamanda gələcəkdə də “ömüryeyən” övladlar yetişdirir. Yetişən o “qadınyeyən” kişi gəlib sizin də qızınızın ömrünü yeyəcək.

Avropa adamı artıq heyvanların hüquqlarını müdafiə etməklə gündəmə gəlir. Biz isə bizə həyat verən anaların, qadınların yaşamaq hüquqlarının olub-olmadığını müzakirə edirik.

Söhbət “azadlıq” adı altında azğınlıqdan, “kefim nə istəyir, onu da edirəm”, valideyn və ya həyat yoldaşına “mən müstəqiləm, sən kimsən?” deyə sayğısızlıq edənlərdən getmir. Birgə yaşamaq və boşanmaq kimi qərarları cütlüklər özləri verə bilər, lakin bir-birinə yaşayıb və ya ölmək kimi qərarı vermək ixtiyarı onlara verilmir.
Cəmiyyətin xilası olan qadınlar yaşamalı və yaşatmalıdırlar…

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın