Qaçqınkom cavab versin…

 

Dostlar, indidən söyləyim ki, xətrinizə dəymək istəmirəm. Ola bilər, bilmədən inciklik yaradaram, indidən üzrxahlıq edirəm.Torpaqlarımız əsgərlərimizin şücaəti sayəsində düşmən tapdağından 80 faiz azad edildi. 30 il məcburi köçkünçülük və qaçqınçılıq adı üstümüzdən götürüldü. Lakin bitməyən söz – söhbətimiz hələ də davam edir.


Bakı şəhərində məskunlaşan, keçmiş məcburi köçkünlər geri alınan torpaqlara qayıtmaq istəmirlər. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkomdan) mənzil tələb edirlər. Adı çəkilən qurum isə Zəngilandan olan ailəyə ev vermək istəmir. Səbəb olaraq, onların payına düşən evdən imtina etməsi ilə əlaqələndirirlər.
Maraqlı nüanslar ortaya çıxır. Burda qaranlıq tərəf burdadır ki, hər zaman olduğu kimi Qaçqınkom, evi ya satıb, ya özəlləşdirib, ya da rüşvət istəyir. Hərçənd ki, bunu hüquqi baxımdan etmə ixtiyarı yoxdu. Çünki Qaçqınkomun əlində aidiyyatı imzalanan sənədin olmamasıdır. Bu məsələ araşdırılma tələb edir.


Kim azad edilən torpaqlara qayıtmaq istəyirsə, aidiyyati qurumlara əvvəlcədən müraciət etməlidir. Dövlət tərəfindən keçmiş qaçqınlara ayrılan mənzillər isə, şəhid ailələrinə ,qazilərimizə verilməlidir. Bu da məntiqə uyğundur.
Əslində isə bu kimi sualları sosial şəbəkədə diskusiya etmək anlamsızdır. Cavabdeh qurum və ya Qaçqınkomdan efir vasitəsi ilə bu kimi qaranlıq məqamlara aydınlıq gətirilməsini tələb etmək lazımdır.
Bilmək olmaz, mənzillər qaçqınlara, şəhid və ya qazi ailələrinə veriləcək, yoxsa qurumda işləyənlərin qohumlarına, yaxınlarına hədiyyə olaraq verəcəklər?

 

Rəşad Şıxəliyev.

 

 

 

Bunu paylaş: