Qəzamız mübarək olsun gözəl xalqım

Müharibəni bu qədər intizarla gözləyən, sevinclə qarşılayan, döyüşə getmək üçün növbəyə duran ikinci bir xalq görmüsüzmü? Cəbhəyə könüllü yazılanlar səbirsizliklə vaxtını gözləyir, hər sms alanda cəbhəyə çağırış bilib sevinir, yanıldığını görəndə qanı qaralır. Xaricdəki soydaşlarımız sərhədlərin açılması və cəbhəyə getməyə imkan yaradılması üçün prezidentə yalvarır. Arxa cəbhədəkilər isə əsgərlərimizə hər mənada arxa və dəstək olur. Müharibə başlanan gündən bütün xalq həmrəylik, birlik göstərir. Aman Allah bizim xalq necə qüdrətlidir; bu qədər əsarətdə qaldıq, aramıza nə qədər satqınlar, agentlər yerləşdirildi, illər uzunu özümüzə inamsızlıq yaratmaq üçün, mənəviyyatımızı pozmaq üçün, bizi parçalamaq üçün təbliğat aparıldı( düşmənlər hələ də təbliğatlarını davam etdirir), amma biz yenə də düşmənlərimizin qorxduğu ,,BİRLİK” yarada bildik. Bizi kökümüzdən ayıra bilmədilər, dəyişə bilmədilər. Biz əcdadlarımızın genlərini daşıyırıq, geni isə dəyişmək mümkün deyil. Baxın, ermənilər necə mənfur idisə elə də qalıblar və həmişə də elə mənfur qalacaqlar. Biz də dəyişməmişik, xalqın bu günkü birliyi, əsgərlərimizin hünəri, qorxmazlığı bunu bir daha göstərir. Bütün xalq şərəfi uğrunda döyüşməyə, öldürməyə, şəhid olmağa hazırdır. Qəzamız mübarək olsun gözəl xalqım. Eşq olsun belə xalqa.

Yaqut Xəlilova.

 

 

Bunu paylaş: