Qəriblikdə qalan torpaqlar

Azərbaycanın keçmiş rəhbərlərinin
fərsizliyi və xəyanəti nəticəsində ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın bir hissəsi geri qaytarılır. Erməni KİV-nin verdiyi məlumata görə (bizim rəsmilər həmişə olduğu kimi susurlar), Zəngəzur mahalındakı bəzi ərazilərin Azərbaycana keçməsindən sonra, növbə Naxçıvanın Sədərək rayonuna çatmışdır. Xəbərdə iddia olunur ki, bir müddət sonra Sədərəyin Kərki kəndi də Azərbaycana qaytarılacaqdır. Ermənistanın yüksək rütbəli məmuru öz açıqlamasında bildirib ki, – biz ( ermənilər) Sovetler birliyində olan sərhəd xəritəsinə əsasən hərəkət edirik, daha sonra Qazaxın işğal edilmiş kəndləri də geri qaytarılacaqdır.


Lakin nəzərə almaq lazımdır ki, Zəngilan rayonunun Nüyədi kəndi, 1970 ci illərdə Qazaxdan verilmiş Azərbaycan torpaqları da geri qaytarılmalıdır.
Vaxtilə Qazaxda camaat bu xəyanətə etiraz etmiş və “torpaqdan pay verən” Ə. Daşdəmirovu rayondan qovmuşdular. Lakin göstəriş Moskvadan gəldiyi üçün torpaqlar bu günə qədər ermənilərdədir.
Yəni, ermənilər bostanımıza çox “daşlar” atıblar. Bizim həmin “daşları” yığıb geri tullamağımızın vaxtıdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: