Qərbin məktəbi: Poroşenko və Saakaşvilinin təcrübəsindən, yeni sərkərdə-Zelenski ortaya çıxardı

Rusiyanın Ukraynaya qarşı genosid və işğalçılıq siyasəti davam etməkdədir. Lakin Ukrayna xalqının birliyi və böyükdən – kiçiyə kimi hər kəsin Prezident Vladimir Zelenskinin ətrafında birləşməsi, Putinin öz çirkin əməllərini həyata keçirməyə mane olmaqdadır.
İstərdik ki, bu gün sizlərə Qərbin görünməyən siyasətindən söhbət açaq.

Hələ ikinci dünya müharibəsində Adolf Hitler yenilməz insan orqanizmi yaratmaq istəyirdi. Demək olar ki, Almaniyanın bütün yerlərində insan laboratoriyaları fəaliyyət göstərirdi. Hitler inanırdı ki, qısa bir zamanda fiziki, şüuru, dözümlü insan yaradacaqdır. Lakin müharibədə məğlub olan almanlar bu istəklərini gerçəkləşdirə bilmədilər.

İkinci dünya müharibəsindən illər keçsə də, reallıq indi üzə çıxmaqdadır.
Bu gün eyniliklə dəmir dözümlü, ağıllı ölkə başçısını biz Ukraynada görə bilirik. Qərb illər ərzində Ukraynada elə bir lider yetişdirdi ki, Putinlə kəllə – kəlləyə gələ bilsin.

İstərdim ki, bir neçə il geriyə qayıdaq. Amerika ilk öncə sabiq Prezidenti Petro Poroşenkonu hazırladı. İlk mərhələdə onun titulu sayəsində Ukraynaya ilk demokratik prezident gətirdi. Daha sonra Putinin düşmənlərındən olan sabiq Gürcüstan lideri Mixeil Saakaşvilini Ukraynaya təcrübə bölüşməyə yönəltdi. Qərb lazım olan şey — hər iki prezidentin siyasi təcrübəsini toplayaraq Zelenski yaratmaq idi. Çünki Putinlə qarşı – qarşıya durmaq bir o qədər də asan məsələ sayılmır.

Qərb məktəbini keçmiş Poroşenko və Saakaşvili, Zelenskini yenilməz, möhkəm, ağıllı, sərkərdəyə çevirməkdə idilər. Sabiq prezidentlər illərlə Putinə qarşı siyasət apardıqlarına görə, Rusya diktatorunun zəif-güclü, müsbət – mənfi xarakterlərini bilirdilər. Bu səbəbdən sanki bir müəllim kimi Zelenskiyə illərlə təcrübə vermiş oldular.
Bu gün Ukrayna xalqı anlayır ki, Zelenski hər vəziyyətə hazır, ölkəsini sevən və intellektual bir liderdir.
Sonda Saakaşvili həbsdə olsa da, Poroşenko və Zelenski çiyin – çiyinə duraraq Putinə qarşı mübarizə aparmaqla, bütün dünyaya eyni məktəbin şagirdləri olduqlarını sübut etdilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın