Qərb İlham Əliyevin diktatorluğuna göz yuma bilər

Hörmətli oxucular, bu gün Ukrayna – Rusiya müharibəsindən qazanan tərəfin İlham Əliyev olduğunu sizlərə bildirmişdik. Bəli, ölkə başçısının maliyyə baxımından böyük qazanclar əldə etdiyi aydındır
Bəs siyasi baxımdan vəziyyət necədir?

Bu gün Qərbin əsas ehtiyac duyduğu olkələrdən bir Azərbaycandır. Enerji baxımında ölkəmiz Avropa üçün əlavə oksigen rolunu oynamaqdadır. Ukraynadakı vəziyyət dəyişdiyindən ölkəmiz Avropa üçün ağ çiyər olmağa hazırlaşır.
Amerika və Avropanın yüksək rütbəli məmurları birbaşa İlham Əliyevlə intensiv əlaqə saxlamaqdadırlar.

Təbii ki, bu gün geopolitik vəziyyətin İlham Əliyevin ürəyincə olduğunu deyə bilərik. Avropanı enerji ilə təmin edəcəyi halda, əvəzində nə olacağını düşünmək lazımdır. Sözsüz, Əliyev bunları Avropanın qarşısında şərt kimi qaldıracaqdır:

1) Qərbdən ona və ailəsinə olan təzyiqlər dayandırılmalıdır.

2)İlham Əliyevin diktator olmağına göz yummalıdırlar.

3) Əvvəllər ona və yaxınlarına tətbiq edilən sanksiyalar ləğv edilməlidir.

4)Qarabağ məsələsində Azərbaycana dəstək verilməlidir.

Tələbin 4 -cü bəndi hər kəsdə maraq doğura bilər. Kimlərsə İlham Əliyevdə vətənpərvərlik hissinin olduğunu düşünsə də, əsla bu belə deyil. Son bənd İlham Əliyev Qarabağ məsələsindən istifadə edərək, Azərbaycan xalqından dəstək alması üçündür.

Bir sözlə, Qərb İlham Əliyevdən dəstək almaq üçün, Azərbaycandakı insan haqlarılnın pozulmasına, demokratiyanın məhvinə, korrupsiya və rüşvətxorluğun aradan qalxmamasına göz yuma bilər. Bu gün şimaldakı və Qərbki vəziyyətlər siyasi baxımdan da, İlham Əliyevin xeyrinədir.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın