Qənirə Paşayeva kimlərin sözünü Türkiyə ictimaiyyətinə çatdırmışdır?

Xəbər verdiyimiz kimi Türkiyə mətbuatında Rəhim Qazıyevlə bağlı bir sıra məqalələr dərc edilmişdir. Rəhim Qazıyevin 13.07.2020 tarixində həbs olunaraq 281 və 282 maddələrinə əsasən 4 ay müddətinə azadlıqdan məhrum olunması, Türkiyə mətbuatında da böyük rezonans doğurmuşdur. Xəbər verdiyimiz kimi bu yaxınlarda hakimiyyət vəkili Qənirə Paşayeva qardaş Türkiyə kanalına verdiyi müsahibədə Rəhim Qazıyevin son çıxışını xəyanətkar adlandırmışdır. Qənirə Paşayevaya  bildirmək istərdik ki, Azərbaycan ordusu və hakimiyyətində rus agentləri, rus dili bilməyənlər, erməni anaları və arvadları olanlar və bu millətə zülm verib sərvətini talayan məmurlar xəyanətdə suçlanmadıqları halda, Rehim Qazıyevin xalq və əsgərimizə Qarabağ dəstəyi nə vaxtdan xəyanət sayılır? 1993 -cü ildə hörmətli Erdoğanın Rəhim bəy haqqında dedikləri bu hakimiyyətin həzm etməməsidir. Qənirə xanımada bir söz demək istərdik ki, siz xəyanətkarları, xalqın içində yox, öz içinizdə axtarın. Heç olmasa generalımız Polad Həşimovun qanı yerdə qalmasın…

Ímza: Mikayıl Əsədov

Bunu paylaş: