Qəlbi hər zaman vətən eşqilə döyünən Elvin

Bu gün söhbət açacağım insan, hamının tanıdığı, mənim əqidədaşım, xalqın sevimlisi, qəlbi vətən eşqi ilə döyünən ləyaqətli vətən oğlu- Elvin İsayevdir. Bildiyiniz kimi, İsayev Elvin İltixam oğlu hal- hazırda həbsdədir və məhkəmə işi gedir. 18.09.2020-ci il tarixdə hökumətin sifarişləri ilə çalışan, ədalətin prinsiplərinin çeynəndiyi, insan hüquqlarının sərt şəkildə pozulduğu, dövlətin maşası olan məhkəməyə çıxarılacaq və qondarma ittihamlarla qələmi qırılacaq. Necə ki,bundan  öncə yüzlərlə insanın saxta ittihamlarla qələmləri qırılıb. Qeyd edim ki, Elvin İsayev 12.12.2019-cu il tarixində Ukraynadan (oğurlanaraq) Azərbaycana deportasiya edilmişdir. Daha dəqiq desək, Elvin İsayevi Ukrayna hökuməti Azərbaycan diktator hakimiyyətinə satmışdır. İşin maraqlı tərəfi isə orasındadır ki, Elvin İsayev hökumət tərəfindən Azərbaycanda kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlarda günahlandırılıb. Halbuki,İsayev Azərbaycan hakimiyyətini müntəzəm şəkildə tənqid edib. O, həmçinin prezident İlham Əliyevi diktator adlandırıb və Azərbaycandakı korrupsiya haqqında danışıb. Dekabrın 16-da “Amnesty İnternational” hüquq-müdafiə təşkilatı Elvin İsayevin müdafiəsi ilə çıxış etmişdir. Təşkilatın bəyanatında qeyd olunur ki, bloger Elvin İsayev Ukraynadan qeyri-qanuni deportasiya olunub və bununla da İnsan haqları üzrə Avropa Məhkəməsinin qərarı pozulub. Qeyd edim ki, Ukrayna hökumətinin Strasburqdakı Avropa məhkəməsinin və Avropa insan haqları təşkilatlarının əsas prinsipinə məhəl qoymaması, Elvini İsayevi işgəncə və qəddar davranışla qarşılaşacağı ölkəyə, yəni Azərbaycana zorla geri qaytarması beynəlxalq insan haqları qanunlarını pozmaq deməkdir. Və bu gün də İsayevin saxlanıldığı Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasında döyülərək işgəncələr gördüyü, sağlığında problemlər yarandığı xəbərləri gəlməkdədir. Elvin İsayevin saxlanma şəraiti və səhhəti heç də qənaətbəxş deyil. Sonda söyləyəcəyim -sentyabr ayının 18-də baş tutacaq məhkəmədə Elvin qardaşımızın bəraət alacağına və azadlığına qovuşacağına ümidvaram. Əgər Elvinin sifarişli həbs müddəti artırılarsa və cəza müddətində Elvinə bir şey olarsa ,bunun bir başa günahkarı başda İlham Əliyev olmaqla, Azərbaycan hökuməti olacaqdır. Elvin İsayev və digər siyasi məhbuslarımıza azadlıq tələb edirəm. Çünki Tanrı hamımızı azad yaratmışdır və Azadlıq hər birimizin haqqıdır. Heç kimsə bizim azad, demokratik, şəffaf cəmiyyətdə yaşamaq arzumuzu məhv edə bilməz! Möhkəm ol, iradəli, mərd qardaşım. Biz səninləyik və sonadək səni dəstəkləyirik! Tez bir zamanda azadlığına qovuşaraq ailənə ,yaxınlarına və səni sevənlərə qovuşacağına ümid edirəm.

İmza; Əziz Əzizli.

 

Bunu paylaş: