Qələbəmiz yaxındadır, yeni azad edilən ərazilərimiz

Belə sevincli günləri illərlə gözləmişik. Qarabağ həsrətiylə yanıb ürəyimiz. Budur, həsrətimiz Azərbaycan Ordusunun , igid əsgərlərimizin sayəsində bitir. Qovuşuruq illərin həsrətinə, o torpaqlara. Hər gün sevindirir bizləri Ordumuz, hər gün daha çox işğaldan torpaqlarımızı azad edir.
Xocavəndin Susanlıq, Domi, Tuğ, Azıx, Akaku, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen və Şəhər kəndi, Xocalının Şuşakənd, Muxtar, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq və Daşaltı kəndi , Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndi, Qobu Dilağarda, Yar Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu və Ələskərli kəndi,
Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndi, Bartaz qəsəbəsi, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyi (1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik, Keçikli və Ördəkli kəndi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər , Çələbilər kəndi, Hüseynalılar, Söyüdlü və Aşağı Sirik kəndi,
Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu ,Yuxarı Mollu, Aşağı Mollu, Xacik və Çərəli kəndi, Laçının Güləbürd, Səfiyan və Türklər kəndi. Eşq olsun Azərbaycan Ordusuna!

Mikayıl Əsədov.

Bunu paylaş: