Qələbəmiz kimləri narahat edir?

Son günlər belə bir təbliğat aparılır:”Tam qələbə çala bilmədik”, “əbəs yerə bu qədər şəhid verdik”, “heyif onlardan”. Düşmən hiyləsinə uyub bilməyərəkdən belə təbliğat aparanlara səslənirəm: “Yetər artıq!”
30 il bundan qabaq məğlub olduq, torpaqlarımız işğal olundu, nə qədər şəhid verdik. Onlar əbəs yerəmi şəhid oldular?! Xeyr! Düşmən təbliğatına uymayın! Sən :”tam qələbə çala bilmədik”, “heyif onlardan” ,-deyərkən bütün şəhidlərimizi, şəhidlik statusunu gözdən salmağa çalışırsan. Çünki hər hansı bir xalqa qarşı belə bir təbliğat aparsan onun döyüş ruhu sınacaq, vətən uğrunda növbəti müharibədə iştirak etməkdən çəkinəcək. Niyə çəkinəcək? Çünki sənin düşüncənə görə, vətən uğrunda döyüşdə tam qələbə çala biməsən və ya məğlub olsan, deməli sən əbəs yerə həlak olmusan.Belə olan zaman kim döyüşüb həlak olmaq istəyər?- Heç kim. Kim öz atasını, həyat yoldaşını, qardaşını, oğlunu müharibəyə göndərmək istəyər? -Heç kim. Döyüş ruhu sınmış, haqq -ədalət uğrunda müharibə, mübarizə aparmayan xalq çox yaşamır, məhv olur. Sən bunamı nail olmaq istəyirsən? Bu ki, düşmən təbliğatıdır! Şəhid olmaq üçün tam qələbə çalmağa ehtiyac yoxdur. Şəhid, haqqın ədalətin bərpası uğrunda canından keçən insana deyilir. O haqq ədalət bərpa olsa da ,olmasa da o, yenə də şəhiddir.


İşğal olunmuş vətən torpağını azad etmək üçün aparılan müharibə də haqqın ,ədalətin bərpasıdır. Səni yurdundan qovanı sən də qovmalısan! Yer üzündə haqq -ədalət tam bərpa olsa idi bu qədər şəhidlər də olmazdı. Haqq -ədalət uğrunda mübarizə həmişə davam edir və edəcək. Şəhidlər bir nümunədir, mübarizlik nümunəsi. Şəhid sənə mübarizlik yolunu göstərir ki, sən də hər an haqq -ədalət uğrunda şəhid olmağa hazır olasan-qalib və ya məğlub olmağından asılı olmayaraq. Biz şəhidlərimizi hər an anmalı, onları gənc nəslə nümunə kimi göstərməliyik. Nümunə kimi göstərməliyik ki,bu xalq məhv olmasın, yaşasın və yaşatsın. Hətta Ata Ananın, yaxınlarınının qəbirlərini ziyarət etməzdən əvvəl şəhidlərin qəbirlərini ziyarət etməlisən. Çünki həmin şəhidlər bizim rahat yaşamağımız, doğmalarımızın qəbirlərdə də rahat uyuması üçün canlarından keçiblər. Erməni tərəfindən İşğal olmuş ərazilərdə yaxınlarımızın torpağın altından qazılıb çıxarılmış, ətrafa səpələnmiş sümüklərini xatırla və şəhidləri heç vaxt unutma!

P.S. Bir çoxumuzun 70 ilə qazana bilmədiyimiz cənnəti şəhidlər öz qanı və canı bahasına 7 saniyəyə qazanırlar.

İbrahim Azər

 

Bunu paylaş: