Qəhrəmanlığın bədəlini ödəyənlər…

 

Bu yazını Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş, dostlarım – başda, əslən Tərtərdən olan, tibb elmləri namizədi Kamil bəyə, əslən Ağdamdan olan həkim Muxtar bəyə, birinci və ikinci Qarabağ müharibəsində həlak olmuş, yaralanmış, iştirak etmiş qəhrəman tibb işçilərinə – həmkarlarıma həsr edirəm.

Qəhrəmanlığın bədəlini ödəyənlər

Dünən Azerfreedom TV – də Tərtər qətliamının növbəti verilişi gedərkən birinci Qarabağ müharibəsinin iştirakçısı, Lənkəran batalyonunun komandirlərindən biri Cəmil bəy efirə qoşularaq Tərtər camaatının qəhrəmanlığından, qonaqpərvərliyindən danışdı.

O zamanlar Qarabağətrafı rayonlardan yalnız Tərtərin müdafiəsini təmin etmək mümkün oldu və bu işdə, başda Sərdar Həmidov olmaqla, bütün Tərtər camaatının rolu var idi. Əslində, Tərtər Azərbaycanın qəhrəman şəhəridir.
Bildiyiniz kimi, Tərtər qətliamı zamanı orda olan hərbçilərlə bərabər, mülki əhaliyə də divan tutulmuşdur.
Tərtər camaatı indi həmin, yəni birinci Qarabağ savaşında Tərtərin müdafiəsindəki qəhrəmanlığın bədəlini ödəyir.
Yadıma bir məşhur hekayət düşdü.
Doğrusu, bu yazının əmələ gəlməsinə də bu hekayət səbəb oldu.

Bir ərəb son nəfəsində bütün əhli – əyalı ilə vidalaşandan sonra, ona bütün ömrü boyu vəfa ilə xidmət etmiş dəvəsindən də son halallıq almaq istəyir. Dəvə ona cavab verir ki, ey sahibim, sənin mənə etdiyin bütün əzab və əziyyətləri sənə bağışlaya bilərəm, amma bir dəfə çaydan keçərkən mənim ofsarımı ( dəvənin boynuna bağlanan ip) eşşəyin quyruğuna bağladın, yəni məni təhqir etdin, onu sənə bağışlaya bilmərəm.
Bu gün İ. Əliyev, Azərbaycan xalqının mərd övladlarının ixtiyarını (ofsarını) bir qrup dələduz, rüşvətxor, tərbiyəsiz, namərd, qanmazların, yəni eşşəklərin əlinə verib.
Yəni, fiziki işgəncələri Azərbaycan xalqı bağışlasa da, mənəvi işgəncələri heç vaxt bağışlamayacaq və unutmayacaq.

Şahin Sirvanlı.

 

Bunu paylaş: