Qınaq lazımdırmı?

 

Salam Aleykum. Mən həmişə demişəm ki, qınaq vacibdir. Qınamasan, olanı olduğu kimi deməsən xaos qaçılmazdır. Cəmiyyətdəki nöqsanları görməzdən gəlsək, bu gün birinə elədiyi xoşagəlməz hərəkətlərə görə dəstək çıxsaq, qınamasaq, sabah o bir nəfər dönüb on olacaq. Və bu kütləvi hal alanda isə qarşısı alınmaz bir kütlə ilə üz-üzə duracağıq. Amma korkoranə qınaq yox, düzgün şəkildə, vulqarca, yıxıb sürüməklə yox, mədəni və hər kəsin anlayacağı bir şəkildə qınaq. “Öz işidir, öz həyatıdır, özü bilər “-deyib, həyata atdığımız hər bir fərd sabah qarşımıza onlarca özü kimilərini çıxaracaq. Yaxşı, qınamayaq səfil həyat yaşayanları, homoseksualları, yuva dağıdan insanları, qeyri-qanuni həyat sürən insanları, yoldaşını aldadan qadınları, xanımını aldadan kişiləri, heç kəsi qınamayaq?

Demirəm, hamı qüsursuzdur, hamı səhvsizdir. Amma bilərəkdən edilən əməllərə yox deməyi bacarmalıyıq. Göz yumduğumuz hər bir şey sabah ailəmizə gəlib girəcək. Kimsə öldü deyə yaxşı adam olmur. Pis elə pisdir. Yaxşı elə əvvəldən yaxşıdır. Sağlığında qorumadıqlarımıza öləndən sonra dəstək çıxmaq özü bir qəribə haldır. Vaxtında hər şeyin fərqinə varmaq lazımdır. Gec olmadan. Dəstək də, qınaq da vaxtında dəyərlidir.

Ülvi Novruzov.

Bunu paylaş:

Bir cavab yazın