Qüdrət Həsənquliyevin İlham Əliyevə yaltaqlığı

 

 

Azərbaycan Respublikasının “Millət Vəkili” yeni bir təklifə çıxış edib. Bu təklifi ürəyi zəiflərin oxuması məsləhət görülmür. Sifarişlə deputat olanların fikirləri bundan artıq olmayacaqdır.

Bir daha əmin oluruq ki, Millətin olmayan vəkilləri Milli Məclisdə ancaq və ancaq İlham Əliyevin vəkilləridir. Desən ki, ölkə prezidentinin şanına gözəl sözlər yazın, inanın ki, rübai, qəzəl, şeir, hətta meyxana da qoşarlar, təki sadiqliklərini göstərib vəzifədə qalsınlar. Dövlət büdcəsindən ayrılan pulları oğurlasınlar,, öz xeyirlərinə maaş artırsınlar. Əlqərəz..keçək əsas məsləyə;

Söhbətin Qüdrət Həsənquliyevdən getdiyini sizələrə bildirmək istərdik. Millət Vəkili Şuşada tikiləcək olan məscidə İlham Əliyevin adının verilməsini təklif edib. Xalqın rəyini almadan, sorğu keçirmədən, Qafqaz Müsəlmanlar İdarəsinin, Ağsaqqallar Şurasının, İctimai siyasi təşkilatların bu fikri dəstəkləyəcəyini əminliklə bildirib. Çünki Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri də Qüdrət Həsənquliyevin bir tayıdır.

Əvvəla, özünü savadlı və çoxbilmiş göstərən Həsənquliyevə, bildirmək istərdik ki, bu, sadəcə sizin şəxsi fikrinizdir və bunu özünüzdə saxlayın. Bundan əlavə, xalqın rəyini almaq istəsəz, bizlər sizdən fərqli olaraq, məscidin adını Şəhidlərin adına layiq görmək istərdik. Hərçənd ki, siz bu xalqı aşağılamaqla nə demək istədiyinizi çox gözəl bilirik. Layiqli yaltaq və ikiüzlü olduğunuz hər kəsə bəllidir. Odur ki, fikir söyləyəndə, xalqın sizi “yad” edəcəyini bir anlıq olaraq düşünün.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: