Qüdrət Həsənquliyev sözlərində vurğunun hara düşdüyünü yaxşı bilir

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin verdiyi açıqlama ölkə gündəmində böyük rezonans yaratmışdır. O, ölkəmizin Qərb standartlarına uyğunlaşmamasının səbəbkarı kimi xalqı göstərmişdir. Deputat qeyd etmişdir ki, xalqımız bu gün normal seçkilərdə iştirak edə bilmir, çünki ölkəmizdə bir səs bir kiloqram düyü ilə əvəz edilir.

Qüdrət Həsənquliyev bu sözləri ilə Azərbaycanda saxtakarlığın hər təbəqədən getdiyini bildirmək istəyir.
Bəli, millət vəkilinin bu sözlərində həqiqət vardır, lakin cümlələrində vurğunun hara düşməsini araşdırsaq daha yaxşı olardı.
İllərdir ki, İlham Əliyev və hakimiyyətinin apardığı siyasət nəticəsində xalqımız bik kiloqram düyüyə öz gələcəyini satmış vəziyyətə düşmüşdür. Bunun nəticəsidir ki, deputat millətimizi nədəsə günahlandırır.
Bu gün Azərbaycanda elə bir vəziyyətdir ki, gələn də millətimizi günahkar çıxarır, gedən də…kimsə cəmiyyətimizi bu hala salanı qınamaq istəmir.

İlham Əliyev və hakimiyyətini qınamaq istəyənlər isə, şərlənərək qanunsuz həbs edilir.
Ölkəmizədə real yürüdülən İlham Əliyev siyasəti bundan ibarətdir. Yəni bu gün Azərbaycanda modern quldarizim hökm sürür.

Yaxşı olardı ki, Qüdrət Həsənquliyev kartları açaraq danışsın. Adını millət vəkili qoyan şəxslər xalqın etirazını İlham Əliyevə çatdırsınlar. Ölkəmizdə vətəndaşlarımızı bir kilo düyüyə həsrət qoyan və onları saxtakarlığa məcbur edən elə bu hakimiyyət özüdür. Onlara da dəstək verənlər Qüdrət Həsənquliyevlər kimidir ki, zamanında bu xalqın əzilməsinə göz yummuşlar.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın