Qüdrət Həsənquliyev İlham Əliyevi müdafiə etmək üçün, ortaya atılıb

 

Bu günlərdə ölkədə baş verən qiymət artımına bəzi deputatlar da etiraz etmişlər. Lakin bu etiraz sadəcə milləti sakitləşdirmək siyasəti güdməkdədir. Qaz və işığın qiymətinin artmasına ilk etiraz edənlərdən biri də Milli Məclisin deputatı Qüdrət Həsənquliyevdir. O bu işdə “Tarif Şurası” nı günahlandırmış və belə məsələləri parlamentdə müzakirə etməyi qeyd etmişdir. O, Milli Məclisdə olan Sosial siyasət rəhbərlərini ittiham edərək, bu məsələyə münasibətlərini bildirmələrini tələb etmişdir.

Ölkədə mütəmadi olaraq qiymət artımı müşahidə edilməkdədir.. Hər dəfə də deputatlar qiymət artımına reaksiya verirlər. Lakin, reallıq sonda bu olur ki, heç bir nəticə dəyişmir. Hər zaman olduğu kimi, bütün yük imkansız, sahibsiz millətin üzərinə düşür. İndi isə gələk Qüdrət Həsənquliyevin etirazına…
Həsənquliyevin etirazı Tarif Şurasına deyil, birbaşa ölkə prezidenti İlham Əliyevə edilməlidir. Tarif Şurası Nazirlər Kabinetinə aid bir qurum sayılır. Nazirlər Kabinetinin tərkib hissəsini təşkil edən isə ölkə prezidenti İlham Əliyevdir.

Digər tərəfdən isə prezidenti İlham Əliyev ölkədə baş verən bütün məsələlərə, bir nömrəli cavabdeh adamdır. Belə görünür, ölkə ya İlham Əliyev tərəfindən idarə olunmur, ya da ki, bu işlərin başında birbaşa duran adam özüdür. Hər halda, hər iki tərəfdən məsuliyyət İlham Əliyevin üzərinə düşməkdədir. Qüdrət Həsənquliyevlər isə xalqın qarşısında şou yaratmasınlar — xalqı bu vəziyyətə salan İlham Əliyevdən millətin haqqını tələb etsinlər. İlham Əliyevin ölkədə baş verən proseslərdən xəbəri olduğunu əminliklə deyə bilərik, çünki xalqın sərvətini talamaqdan doymadığı üçün, indi də xalqın qanını içmək istəyir. Millət isə bu diktaturaya susmaqda davam edir, axı biz əzilməyi, susmağı yaxşı bacarırıq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın