Putinin varisi kim olacaq?

Bir müddət əvvəl Böyük Britaniya kəşfiyyatına yaxın olan ingilis mediası çox mühüm açıqlama ilə yadda qalmışdır. Onlar kəşfiyyat məlumatlarına əsasən Rusiya prezidenti Vladimir Putinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini irəli sürmüşlər.

Böyük Britaniyanın kəşfiyyatının məlumatına görə, Kremldən aldıqları gizli kəşfiyyat materiallarına əsaslanaraq qeyd etmişlər ki, Putin öz varisinin adını da açıqlamışdır.
İddia olunur ki, Putinin varisi Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşevdir.
O, hər zaman Putinin ağır günlərində onun yanında olmuş və dövlətin əsas siyasətini yönəldənlərdən biri sayılır. Hər kəs bilir ki, Patruşev Kreml daxilində və Rusiyada Putindən sonra böyük çəkiyə malik insandır.

Hörmətli oxucular, yuxarıda qeyd etdiklərimiz Britaniya kəşfiyyatına yaxın media orqanının fikridir. Bizlərin isə, Britaniya kəşfiyyatından fərqli olaraq öz fikirlərimiz vardır. Siyasi araşdırmalarımız bunu göstərir ki, Putinin varisi Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkindir. Narişkin də Rusiyada mühüm fiqurlardan biri sayılmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın