Putinin Ukraynada yeni planı

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti 2 aya yaxındır ki, davam etməkdədir. Putinin ilk günlərdəki döyüş taktikasına fikir versək, bu gün hər şeyin dəyişdiyini görürük. Dəfələrlə sizlərə Ukrayna Rusiya müharibəsi haqda məlumatlar veririk. Bu gün qeyd etdiklərimiz isə, Putinin yeni planı üzrə olacaqdır.
İlk günlər Rusiya Kiyevə sürətli hücumlar təşkil etdi, lakin güclü müqavimətlə qarşılaşdığından Ukraynanın şimal və şimal-şərq hissəsindən geri çəkilməli oldu. Əvvəllər işğalçı rus ordusu Kiyev daxil olmaqla, Ukraynanın şərqinə sahiblənmək istəyirdisə, bu gün həmin planın 360 dərəcə dəyişdiyini görürük.

Putinin ilk hədəfi əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi Luqansk, Donetsk və Mariupol daxil olmaqla, Krım yarımadasına quru dəhlizi yaratmaq idi. Bu, Moskvanın planındakı ilk mərhələdir.
İkinci mərhələ isə, Qərbə doğru — Odessa daxil olmaqla Xerson, Nikolayev istiqamətində Moldova torpaqlarına kimidir.
Yəni Ukraynanın dənizlərə çıxışını tam bağlamaq və cənubdan düz xətt boyunca illərdir işğalda saxladığı Moldovanın Transdnester ərazisinə kimi zəbt etməkdir.
Bu, Putinin işğalçılıq planının ilk mərhələsi ola bilər.

Rusiya əgər bu planı icra etsə, Avropa üçün təhlükəli vəziyyət yarana bilər. Söhbət burda Rusiya və Moldova arasındakı birbaşa əlaqədən gedir. Belə olduğu halda, Putin birbaşa NATO ölkələrini yaxından izləmək şansı əldə edəcəkdir.

Aldığımız xəbərə görə işğalçı Putinin əsgərləri sakit bir şəkildə qərb istiqamətində ordu toplamaqdadırlar. Yəqin ki, Rusiya yaxın zamanda Odessa, Mikolayev, Xersona hücuma keçəcəkdir.
İnanırıq ki, qısa bir zamanda Ukrayna ordusu Putinə layiqli cavab verəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın