Putinin “Topol” şousu

Rusiya Ukrayna müharibəsi davam etməkdədir. İşğalçı rus qoşunları paytaxt Kiyevə hücum etsələr də qəhrəman Ukrayna əsgərləri tərəfindən qətiyyətlə cavablarını almışlar. Bir neçə gündür ki, Putinin ordusu Ukraynanın bəzi şəhərlərini işğal etməyə çəlışır.

Lakin dünyanın ən güclü ordularına sahib Rusiya, Ukraynanın müqavimətini qıra bilmədiyi üçün yeni şoulara əl atmaqdadır.

Sosial şəbəkələrdə Rusiyanın ən güclü silahlarından sayılan “Topol M” qitələr arası balistik raketlərin Qərb istiqamətində irəlilədiyinin videosu görünməkdədir. Xəbərə görə guya Putinin bu silahı Avropa və Amerika üçün hazır vəziyyətdə saxladığı deyilir.

Məsələ burasındadır ki, bir gün əvvəl NATO toplantısında Ukraynaya silah verilməsi və Şərqi Alyans ölkələrinin ordusunu aktiv hala gətirməyi ilə bağlı qərar qəbul edilmişdir.
Rusiya mətbuatı qeyd edir ki, “Topol M” raketləri NATO-ya bir xəbərdarlıqdır. Digər tərəfdən isə, Putin bununla ağır silahlarını işə salacağı barəsində xəbərdarlıq etməkdədir.

Putin və rus ordusunun şousu..
Şou bundan ibarətdir ki, Putinin bu silahdan istifadəsi rus xalqına qarşı qəsd ola bilər. Digər tərəfdən isə, Rusiya bu silahdan isifadə istəyirsə, Qərb istiqamətdə aparmağa ehtiyac yoxdur. Çünki, həmin “Topol M” balistik qitələr arası raket sisteminin uçuş məsafəsi 11.000 kilometrdir. Bir sözlə, Moskvadan Vaşinqtona zərbə endirmək elə də çətin deyil.

Burdan aydın olur ki, Putin müharibədən gözlədiyi nəticəni ala bilmədiyi üçün, yeni şoulara əl atmalı olub. Deyə bilərik ki, Rusiya imperatorunun ucuz siyasi taktikalara əl atmaqdan başqa çarəsi qalmayıb. Deyə bilərik ki, Putinə Rusiyanın ağır silahları da kömək edə bilməyəcəkdir. Artıq Rusiya tələdədir və ordan çıxmaq üçün balistik raketlərlə sou göstərməyə məcburdur.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın