Putinin planında Azərbaycan da var?

Rusiya son vaxtlar Azərbaycana qarşı qərəzli mövqeyini açıq şəkildə büruzə verməkdədir. Bir neçə gün əvvəl İlham Əliyevin Moskvada Vladimir Putinlə strateji tərəfdaşlıq müqaviləsi imzalaması zamanı, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı “Türkmənçay” müqaviləsinə dair yazıda açıq şəkildə təxribatı gördük.

Üstündən bir neçə gün keçməmiş bu dəfə Rusiya Müdafiə Nazirliyinin təxribatı ilə üz-üzə gəldik. Guya “qondarma Dağlıq Qarabağ Respublikası”, rusların işğal etdiyi Ukrayna ərazilərinə humanitar yardım göndərmişdir. Açıq görünür ki, bu, Moskvanın bir başa təxribatıdır.
Birincisi, Azərbaycan ərazilərində “Rusiyanın sülhməramlı” ları yerləşdiyi şəhərlərdə yaşayan ermənilərin özlərinə kömək lazımdır. Burda rus siqnal verir ki, sənin Ukraynaya göndərdiyin humanitar yardım siyasəti yanlışdır. Bu, məsələnin bir tərəfi…

Digər tərəfdən isə, Azərbaycan və Ermənistan təmas xəttində də vəziyyət yaxşı getmir. Bəlkə də Putinin planı bundan əvvəl qeyd etdiyimiz kimi, havada olan və yaxud da Qərbə doğru inteqrasiya edən keçmiş “Sovetlər Birliyi” nə daxil olan dövlətləri işğal edərək özünə birləşdirməsi. Hədəf isə, Moldova, Gürcüstan, Azərbaycandır. Sirr deyil ki, “CCPİ” ni bərpa etmək Putinin çoxdankı arzusudur.

Bəs Qərb nə edəcəkdir?

Bizə maraqlı Qərbin iki mövqeyi ola bilər:
1) Qərb öz vaxtını gözləyəcək və açıq şəkildə işğala şərait yaradacaqdır. Səbəbi isə, dünyada Rusiyaya qarşı daha da nifrət qazandırsın və vaxtı gələndə Rusiyanı “CCPİ” dən də, geniş parçalayacaqdır. Bu taktika işə düşsə, Rusiyanın süqutu olacaq. Dünya xəritəsində Rusiya ərazisində yeni dövlətlər yaranacaqdır.

2) Daha bir fikir isə, 3 cü dünya müharibəsinin başlamasına səbəb olacaqdır. Əgər Rusiya Azərbaycanı işğal etmək fikrində olsa, bu işə Türkiyə müdaxiləsi qaçılmaz olacaq. Əgər Ankara və Moskva arasında müharibə elan olsa, NATO – nun da müharibəyə qarışması gözlənilə bilər. Bununla da bəşər tarixində ən böyük dağıdıcı müharibə ola bilər ki, dünyanın sonu burda bitər.

Hər halda, Kremlin Azərbaycana qarşı təzyiqi sonda yuxarıdakı gedişatdan asılı ola bilər. Sonda bir daha qeyd etmək istərdim ki, gedişatından asılı olmayaraq, Rusiya məğlubdur. İstər Ukrayna məsələsində, istərsə də Azərbaycana müdaxiləsində!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın