Putinin generalları onu məğlubiyyətə sürükləyir

Putinin Ukraynaya hüçum əmrindən əvvəl, rus mediası gecə-gündüz bir neçə saata Kiyevin təslim olacağı barədə saxta məlumatlar yayırdılar.
Əslində saxta yox, ruslar özlərini də inandırırdılar ki, orduları dünyada bir nömrədir. Necə deyirlər “Super derjava”…

Müharibənin başlamasından 4 həftəyə yaxın vaxt keçsə də, hər şey nəticəsiz qalmaqdadır. Demək olar ki, Rusiya ordusu dalana dirənməkdədir.

Putinə ağır zərbələr vurulur…
İlk növbədə Kreml və Xüsusi Xidmət Orqanları Putini o qədər əmin etmişdilər ki, ağızdan hibrid müharibəsi kəlməsi düşmürdü.
Deyə bilərik ki, Kreml hər şeyi hazırlamışdır. Lakin Putinin ətrafında olan “Generallar” ın onu aldatdığını görürük. Nəticəsi isə, göz qabağındadır. Böyük itkilər, ağır zərbələr və məhv edilən rus texnikaları…
Aldığımız xəbərə görə Putin çoxlu sayda generalın işdən azad edilməsinin əmrini verib.
Yaxın zamanda bu xəbəri də eşidəcəyimizə əminik..


İkinci tərəfdən, Ukrayna və Qərb mediasına görə, Rusiya Ukraynada 7 nəfər general və onlarla polkovnikini itirmişdir.
Diqqət yetirsək, itirilmiş rus general və polkovniklər, güclü döyüş təcrübəsinə malik olublar. Bu günə qədər öldürülən rus hərbçilərinin çoxu Suriya, Liviya, Gürcüstan və Afrika – Asiya qitələrinin vaxtı ilə qəhrəmanı olmuşlar. Onlar bu gün Kremlin yaratdığı fantaziya nağılının gercəklərini göstərdilər.
Bəli, Rusiyanın müəyyən bir gücdə silahları var: atom, balistik, vakuum, kaset və s. Lakin ordunun döyüş gücü isə, göz qabağındadır.
Bir sözlə, Ukraynada öldürülən, digər tərəfdən isə, Putinə xəyanət edən generallar Rusiyanı məğlubiyyətə doğru sürükləyirlər. Hər gün məğlubiyyət əlamətlərini görürük.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın