Putinin elçisindən Nikol Paşinyana son şans xəbərdarlığı

 

Hər kəs 9 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasını gözlədiyi bir vaxt, vəziyyət dəyişməyə başladı. Görüşə bir neçə gün qalmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistana öz çıxışında xəbərdarlıq etdi. Daha sonra isə, Türkiyə ilə Rusiyanın siyasətçiləri sərhədlərin demarkasiyasını və kommunikasiyaların açılmasının vacibliyini vurğulamışlar.

Nəhayət, Rusiyanın Baş Nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyanla görüşərək, ona açıq şəkildə Putinin mövqeyin bildirmişdir. Ermənistanın narazılığı Zəngəzur yolunu onlar tərəfdən nəzarətə götürməkdir. Rusiyalı nümayəndə isə belə olduğu halda Azərbaycanın da Laçın dəhlizində postlar quraraq, yolu nəzarətə götürəcəyini bildirmişdir. Görünür, Ermənistan bu barədə razılıq verək istəmir.

Məsələ burasındadır ki, sərhədlərin demarkasiyası Ermənistana sərf etmir. Çünki söhbət 1920-1928 – ci illərin xəritəsindən gedir ki, həmin zaman Azərbaycanın ümumi sahəsi 114 min kvadrat kilometr idi. Beləliklə, Ermənistan Zəngəzurla yanaşı Azərbaycanın qədim torpaqlarının bir qismini geri qaytarmalı olacaqdır.

Beləliklə, hər iki tərəfin ortaq bir araya gəldiyini deyə bilmərik. Bu səbəbdən 9 noyabr Soçi görüşü sual altın ola bilər.
Diqqət çəkən məqam Rusiyanın Baş Nazirinin müavininin Ermənistanda Nikol Paşinyanla olan görüşüdür. Görünür, bu görüş Ermənistan üçün son şansdır.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş:

Bir cavab yazın