Putinin Covid-19 vaksin oyunu.


Bir həftə qabaq Putin Rusiyanın Covid-19 qarşı peyvəndinin istehsalına hazlr olduğunu elan etmişdi. Hətda bu peyvəndin qızı üzərində təcrübə edildiyinidə söyləmişdi. Peyvəndin Rusyanın Gameleya İnistutunda hazırlandıgı deyilir.Rusiyanın Səhiyyə Nazirliyinin Etika komissiyasının üzvü professor Aleksandır Çuçalin buna etiraz olaraq istefa vermişdi .Çünkü peyvəndin 2 ay ərzində insanlar üzərində sınaqdan keçirb, sonra əldə dəqiq məlumatlar ortaya qoyulmadan , istahsal edilməsinin səhv oldugunu düşünür.
Əslində Putinin peyvəndlə baglı açıglamasından sonra bu xəbərə dünya təmkinlə yanaşdı.Bir çox ölkə alimləri peyvəndin 3 mərhələdən keçən sınağlarının açıqlanmadığını və buna görədə nə qədər güvənilir oldugunu şübhə altına aldı.Hətda ÜST bu məsələnin araşdırıldıgını dəqiq bir şey deyə bilmədiklərini bəyan etdi.
Bütün bünlara baxmayaraq Rusya peyvəndin yaxın günlərdə istehsal edəcəyini və qiymətinin 10 dollar olacagını bildirdi.Bu peyvəndlə 6 ölkə və Amerikanın 20 dərman şirkəti maraqlanır.
Bu gün isə artıq Vyetnamın peyvəndin ilk alıcısı oldugunu və sifariş etdiyini Rusiya açıqladı.Vyetnam televiziyası da , bu məlumatın verilməsi məsələnin doğru oldugunu təstiqləyir.Vyetnam, 50-150 milyon doza arası bu peyvəndi almaq fikrindədir.Peyvəndin bir qisminin Rusiya tərəfindən bagışlanacagı,bir qisminin pulunun ödəniləcəyi deyilir.
Qeyd edim ki ,Putin Covid-19 peyvəndinin tapıldıgını deyəndə, hər kəs bunun populist çıxış, daha çox biz çox güclüyük mesajı vermək üçün edildiyini deyirdi.Rusiyanın özündə belə şübhə ilə yanaşılan bu vaksinin hansı effekti olacagını yəqin ki, bir müddət sonra görəcəyik.

Bunu paylaş: